Cəmiyyət

Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?

17 İyun 2017 23:40
6 Şərh     Baxış: 2 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani Kərimi (ərəbcə) dəstəmazsız oxumaq icazələdir. Dəstəmazlı oxumaq isə bəyənilən əməldir. Qüsl olmadan isə oxumaqdan çəkinmək lazımdır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heyzli qadın və cənabətli olan kimsə Qurandan bir şey oxuya bilməz". (ət-Tirmizi: "Təharət", 98). Bundan əlavə Əli ibn Əbu Talb (Allah ondan razı olsun) belə demişdir: "Cənabətli olmaqdan başqa heç bir amil Allah Rəsulunu (salləllahu aleyhi və səlləm) Quran oxumaqdan çəkindirə bilməzdi". (Əbu Dəvud: "Təharət", 90). Qeyd edək ki, heyzli qadına kitabı əlinə almadan əzbər oxumağa icazə verilir, bu, onun əzbər bildiklərini unutmaması üçündür. Heyzli qadın həmçinin telefondan və kompüterdən də Quranı oxuya bilər, çünki bu cihazlar Quran kitabı ilə (mushaf) eyni hökmdə deyil, orada yazılar qalıcı deyil.
Mənaca tərcümə isə Quran sayılmadığından, onu həm dəstəmazsız, həm də qüsulsuz oxumaq olar. İçərisində həm ərəbcə, həm də Azərbaycanca yazılan kitablar da eyni hökmdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.