Cəmiyyət

Geyindiyiniz ayaqqabının dabanına görə xasiyyətinizi müəyyən edin

17 İyun 2017 19:40
2 Şərh     Baxış: 1 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hündürdaban ayaqqabının dabanlarının kənara çıxması pis görüntünün meydana çıxmasına səbəb olur. Amma, geyindiyiniz ayaqqabının dabanlarının hansı istiqamətdə əyilməsi sizin xarakterinizi təyin edə bilər.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, əgər ayaqqbınızın dabanları içərisinə doğru əyilirsə və siz kişisinizsə bu sizin həyatda qərar qəbul edə bilməyən kişi olduğunuzu bildirir. Əgər dabanlarınız ayaqqabının içərisinə doğru əyilirsə və siz qadınsınızsa o zaman sizin yaxşı xarakteriniz var.
Ayaqqabının dabanlarının xaricə-arxaya doğru əyilib çıxması sizin köməksiz biri olduğunuzu bildirir.
Əgər ayaqqabının dabanı xaricə yanlara doğru əyilirsə, bu ayaqqabı sahibinin diqqətsiz və dalğın xarakterli olduğunun göstəricisidir.
Kişinin geyindiyi ayaqqabının dabanı hər iki tərəfdən əyilmişsə, bu onun sahibinin dostcanlı olduğunu bildirir. Əgər qadın ayaqqabısı hər iki tərəfdən əyilmişsə o zaman deməli həmin qadın ən yaxşı anadır.
Dabanı çox sıxılmış ayaqqabı sahibinin yastıayaq olmasının göstərir.
Dabanı sürtülməmiş ayaqqabı sahibinin tez-tez ayaqqabı dəyişdirdiyini bildirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.