Cəmiyyət

Difenbaxiya gülünü uşaq olan evlərdə yetişdirmək olmaz

17 İyun 2017 22:10
1 Şərh     Baxış: 1 721

"Ağlayan çiçək" kimi tanınan və dibçəksevən əksər qadınların yetişdirdiyi bu bitki uşaqların zəhərlənib ölməsinə səbəb olur. Difenbaxiyanı uşaq olan evlərdə yetişdirmək olmaz!
Evlərdə böyüdülməsi asan və görüntüsü gözəl olan bu bitki azyaşlı uşaqlarda zəhərlənməyə və ölümə səbəb olur. Türkiyənin özəl universitetlərindən birinin Tıbb fakultəsi və Xəstəliklərinın Əsas Elmi şöbəsinin müdiri professor Doktor S. Ümit Sarıcısı və onun komandası tərəfindən aparılan araşdırmalar uşaqların bu bitki olan evdə böysməsinin düzgün olmadığını aşkarlanmışdır. Belə ki, araşdırmalar zamanı bu dekerativ bəzək bitkisinin əllə ovuşdurmaq, iyləmək və ağıza qoymağın uşaqlarda zəhərlənməyə və ölümə səbəb olduğu aşkara çıxarılmışdır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, Hacıtəpə Universitetinin Uşaq Xəstəliklri Dərnəyində vu elmi araşdırmalar barədə geniş müzakirələr meydana çıxmışdır. Müzəkirələrdə bu bitkinin yarpaqlarının təkibində kalsium oksalat kristallarının olduğu aşkara çıxmışdır. Belə ki, bitkinin yarpaqlarını silkələdikdə və ya yarpaqlar tərpəndikdə onlardan minllərlə kristallar kənarlara sıçrayır dəri, göz başda olmaqla toxunduqları hər yerdə yaralar əmələ gətirirlər.
Müzakirələr zamanı yarpaqların nəinki silklənməsi, hətta əllə ani toxunuşu, çeynənməsi belə dildə, dodaqlarda şişkinliyə, yanıqlara, ağrıya, boğazın tutulataq hava çatşmazlığının əmələ gəlməsinə səbəb olduğu barədə fikirlər söylənmişdir. Bu bitkinin ağıza qoyulması hətta, ağciyər çatışmazlığı əmələ gətirərək ölümə səbəb olduğu barədə qeyd edilmiş və uşaq olan evlərdə bu bitkinin yetişdiilməməsi barədə ciddi məlumatlar verilmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sel.nur · 18 İyun 00:5500

    Mende uzumde sepki belkede bundan olub

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.