Cəmiyyət

İmam Əlinin müsəlmanlara son vəsiyyəti

17 İyun 2017 23:45
42 Şərh     Baxış: 4 142

Əbul Fərəc nəql edir ki, İmam Əli (ə) zərbətlənəndən sonra Kufə həkimləri yanına gəlir. Onların içində Əsir ibni Əmr kimi mütəxəssisi yox idi. O, yaraları müalicə etməkdə tanınmış mütəxəssis idi. Bu həkim zərbətin yerini görən zaman əmr edir ki, qoyunun ağciyərini gətirsinlər. O, ağciyərdəki damarları çıxardır və həmin damarları yaraya qoyur. Bir qədər sonra çıxardıb onları müşahidə edir. Üzünü Həzrətə (ə) çevirib deyir: "Ey Əmirəl-möminin! Nə vəsiyyətin varsa et ki, bu düşmənin zərbəsi beyninə çatıbdır və müalicənin faydası yoxdur". Bu zaman İmam Əli (ə) kağız və qələm istəyir və vəsiyyətinə başlayır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu vəsiyyətin qısaldılmış şəklinə nəzər salaq:
"Bismilləhir-Rahmənir-Rahim!
Bu, o vəsiyyətnamədir ki, Əli ibni Əbutalib (ə) onu vəsiyyət edir. Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur və şəriki yoxdur. Həmçinin şəhadət verirəm ki, Muhəmməd (s) Onun bəndəsi və Rəsuludur. Allah onu haqq dininə hidayət etmək üçün göndərmişdir ki, bütün dinlərə qalib etsin. Baxmayaraq ki, müşriklər onu xoş qarşılamırlar, Allahın salam və bərəkəti olsun ona!
Həqiqətən, mənim namazım, pərəstişim, həyatım və ölümüm Allahdandır ki, aləmlərin Pərvərdigarıdır. Onun şəriki yoxdur və mən ilk müsəlmanlardanam.
Ey Həsən! Mən səni, bütün övladlarımı və nəslimi və bu vəsiyətnamənin çatdığı hər bir kəsi sizin Pərvərdigarınız olan Allahdan qorxmağa və təqvaya dəvət edirəm. Gərək müsəlman olmamış ölməyəsiniz. Hamınız İlahi kəndirdən yapışın və dağılmayın. Çünki həqiqətən, mən Allahın Rəsulundan (ə) eşitmişəm ki, buyurub: "İnsanların arasını islah etmək - bütün namaz və orucdan yaxşıdır. O şey ki, dini məhv edər, insanların arasında olan fəsaddır. "Lə həvlə vəla qüvvətə illə Billahil-Əliyyil-azim".
Qohumlarınıza diqqət edin və onlarla sileyi-rəhm edin ki, Allah Qiyamət günü hesabı sizə asan etsin.
Allahdan qorxun, Allahdan qorxun, yetimlərə görə. Ürəyinizin daşlaşmasına görə onların ağızlarına növbə qoymayın.
Allahdan qorxun, Allahdan  qorxun, qonşularınıza görə. Rəsulallah (s) onlara görə tövsiyə etmişdir. Belə ki, biz güman edirdik ki, qonşu qonşudan irs aparır. Onların hörməti o qədər böyükdür ki, malından onlar üçün pay ayırmışdır.
Allahdan qorxun, Allahdan qorxun, Qurana görə. Məbada kimsə ona əməl etməkdə sizi qabaqlayar.
Allahdan qorxun, Allahdan qorxun, Allahın evinə görə. Məbada hələ ki, sağsınız, o ev sizdən boş qalsın. Əgər boş qalsa, möhlət verilməz. Əzaba düçar olarsınız, əgər sizdən boş qalarsa, İlahi əzab həyatınıza fürsət verməz.
Allahdan qorxun, Allahdan qorxun, malınızın zəkatını verən zaman. Zəkat İlahi qəzəbi yatızdırar.
Allahdan qorxun, Allahdan qorxun, Ramazan ayının orucuna görə. Çünki o, sizin üçün cəhənnəm atəşindən yaxşı qalxandır.
Allahdan qorxun, Allahdan qorxun, yoxsullara görə. Onları həyatınıza şərik edin, yeyəcək və geyəcəklərinizdən onlara verin.
Allahdan qorxun, Allahdan qorxun, Peyğəmbərinizin (s) ümmətinə görə. Məbada aranızda zülm olsun.
Allahdan qorxun, Allahdan qorxun, Peyğəmbərin (s) səhabələrinə görə. Çünki Rəsulallah (s) onlara görə tövsiyələr vermişdir.
Allahdan qorxun, Allahdan qorxun, əlinizin altında olanlara, kəniz və nökərlərinizə görə. Çünki Peyğəmbərin (s) son tövsiyə bu idi ki, buyurub: "Mən sizə əlinizin altına olan iki gücsüzü sifariş edirəm".
Namaz, namaz. Hər kim sizə zülm etsə, ya pis düşüncədə olsa, Allah ona kifayət edər.
İnsanlarla gözəl danışın, necə ki, Allah buyurub.
Əmr be-məruf və nəhy-əz-munkəri tərk etməyin. Əks halda hər nə dua etsəniz, Allahdan şəri dəf etməsini istəsəniz, qəbul olmayacaqdır.
Zinhar olsun ayrılıqdan, təfriqədən, dağınıqlıq və bir-birindən üz döndərməkdən.
Bir-birinizin yardımçısı olun. Günah və zülmdə kömək etməyin ki, Allahın əzab və işgəncəsi çox ağırdır.
İndi sizinlə vidalaşıram və sizi Allaha tapşırıram".
Həzrət (ə) vəsiyyət edəndən sonra davamlı olaraq "Lə İləhə illəllah" deyir və müqəddəs ruhunu tapşırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

42 Şərh:

  • Anonim
    .. · 18 İyun 00:25430

    Ya Eli e.s.,ne qeder canimizda can var senin wielerin(ardicillarin)olaraq qalacagig.Dunyaya merd gelib merd de getdin!

    Cavab yaz
    • Anonim
      00:25e · 18 İyun 13:11040

      Sizden ferqli olaraq.indi butun ozunu dindar sayanlar bawliyacaq agil vermeye

      Cavab yaz
      • Anonim
        .. · 18 İyun 17:55410

        Allah butun dindar baci qardaşları qorusun.Həmçının Allah adına hörməti olan insanları.Allah hamını hıdayət yoluna yönəltsin.

        Cavab yaz
  • Anonim
    seban · 18 İyun 01:276320

    caannnnnnnnn ya eli sene canimiz qurban yarali kureyuve canm qurbannn

    Cavab yaz
    • Anonim
      vay- vay · 18 İyun 17:18450

      shaxseyyyyyyyyy vaxseyyyyyyyyyy )))

      Cavab yaz
  • Anonim
    Tofiq · 18 İyun 07:12390

    Allah səndən razı olsun ya Həzrət Ali.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 10:07391

    Salamun aleykum əziz və dəyərli dindar bacı qardaşlarım və Azərbaycan xalqımız. Allah cəmi müsəlmanları və Azərbaycan xalqımızı yerin göyün bütün xəta bəlalarından öz amanında saxlasın və işğal altında olan cəmi müsəlman torpaglarini insəAllah tezliklə işğaldan azad etməkdə müsəlmanlara kömək olsun.

    Cavab yaz
    • Anonim
      مريم · 18 İyun 10:16311

      Aləykum salam,qardaş,amin.

      Cavab yaz
    • Anonim
      N▪ · 18 İyun 11:40320

      Aleykum salam.

      Cavab yaz
      • Anonim
        .. · 18 İyun 14:56300

        Aleykum salam.

        Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 10:08305

    Əqaid 14-cu dərs. Allah sizlərə zehin açıqlığı versin insəAllah.

    Cavab yaz
    • Anonim
      21-ci ESR namazi · 18 İyun 19:47831

      Din, siravi insanları səssiz tutmaq üçün mükəmməl bir alətdir - NAPALEON

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 10:08358

    Bismilləhir rahmənir rahim. 14-cü dərs. Cəbr məktəbi.  Ən mühüm etiqadi məsələlərdən biri də insanın işlərinin necəliyinə baxışdır. Bu mənada ki, insan öz işlərində tam şəkildə ixtiyara sahibdir yoxsa bütün işləri Allah tərəfindəndir? Müsəlmanlar bu məsələdə üç qrupa bölünüblər: 1-Əşairə. 2-Mötəzilə. 3-Şiələr. Əşairənin etiqadı belədir ki, insan öz yaşayışında məcburdur və qədərində heç bir təsiri yoxdur;  Allah-təala onun yaşayışını qabaqcadan qurub. Başqa dil ilə desək, insan heç bir işində ixtiyarlı deyil, əksinə əvvəlcədən yazılmış qəti bir talehin məhkumudur. Həqiqətdə insan elə bir şeyin icraçısıdır ki, Allah-təala əzəldən onun üçün yazmışdır və heç cür onun dəyişməsində ixtiyarı yoxdur. İnsanın azad olduğunu sübut edən mühüm dəlillər:

    Cavab yaz
    • Anonim
      21-ci ESR namazi · 18 İyun 19:48935

      Dünyada iki növ insan var: Ağlı olan və dini olmayanlar, dini olan və ağlı olmayanlar.

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 10:09278

    1. İnsanın azadlığı aşkardır. Əgər insan öz daxilinə müraciət etsə dəlilsiz azad olduğunu dərk edər və bir şəxsin onu məcbur etmədiyini anlayar. 2. Cəbr (əşairə) əqidəsinin dinin öyrətdikləri ilə müxalifliyi. Biz bilirik ki, Allah-təala Həkimdir və bihudə və qeyri-aqilanə (ağılsız şəkildə,ağıl ilə müxalif olan) bir iş görməz. Allah-təala insanlara bir çox əmrlər verib və onların adını din qoyub.  Dində  insanın cənnətə getməsi üçün bəzi təkidlər var və bunlara diqqət etməklə nəticə almaq olar ki, insan öz əməllərində məcbur deyil. Çünki əgər məcbur olsa idi, Allah-təalanın ona bir işin tərki əmrini verməsi aqilanə (ağıllı şəkildə) olmazdı.

    Cavab yaz
    • Anonim
      21-ci ESR namazi · 18 İyun 20:01946

      Din təməl olaraq qorxuya söykənir, qorxu ise hər növ qəddarlıgın baslangıcıdır

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 10:09377

    3. İnsanın insanlıq məqamından tənəzzülü. Cəbr məktəbində insan robot misalındadır, bir halda ki, ağıllı və iradəli insan müqəddəsdir.  Əgər iradəni ondan alsaq və desək ki:(insan)  öz işlərində azad deyil; tam yəqinliklə (demək olar ki,)   eynən bunun kimidir ki, əvvəlcədən bir kompiyuter proqramı ilə onun hərəkətlərini tənzim etmişik. İndi əgər insanı bir robot kimi bilsək onun məqam və dərəcəsini yuxarı qaldırırıq ya aşağı aparırıq? 4. Cəbr məktəbinin Quran ayələrilə müxalifətçiliyi. Ayələrdən bir neçə nümunəyə diqqət edin:

    Cavab yaz
    • Anonim
      21-ci ESR namazi · 18 İyun 20:06946

      Din sıradan insanlar üçün dogru, agilli insanlar üçün saxta, hökmranlıq arzusunda olanlar üçün isə istifadəyə yararlıdır

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 10:09386

    Biz ona (haqq) yolu göstərdik. İstər şükr edən olsun, istər nankor olsun. (əl-İnsan 4) And olsun nəfsə və ona biçim verənə; Və ona günahlarını və çəkinməsi təlqin edənə! Onu ( nəfsini) təmizləyən kimsə nicat tapmışdır! Onu batıran kimsə isə, ziyana uğramışdır. (Şəms 7-10) Hər kəs qazandığı şeyin girovudur. (Muddəssir 38) Kim istəyir inansın (iman gətirsin), kim də istəyir inanmasın (küfr etsin).(Kəhf 29) Kim doğru yol tutarsa, yalnız özü üçün tutmuş olar. Kim zəlalətə düşərsə,yalnız öz əleyhinə düşmüş  olar. Heç bir daşıyan başqasının (əməl) yükünü daşımaz.( İsra 15-in əvvəli) Biz peyğəmbər göndərməmiş əzab vermərik. (İsra 15-in axırı) 5.  Cəbr məktəbinin ağıl (ilə) yaxşı və pisi (tanımaq barədə) müxalifətçiliyi. İndi demək olar  ağıl anlayır  ki, bir insan pis bir işə məcbur edilsə və o işə görə hesaba çəkilsə, bu iş(in göstəricisi) çox pis (çirkin) olacaq. Başqa bir tərəfdən də  Allah-təala pis (çirkin , xoşagəlməz) bir iş görməz. Beləliklə cəbr nəzəriyyəsi ağıl ilə uyğun gəlmir.

    Cavab yaz
    • Anonim
      21-ci ESR namazi · 18 İyun 20:07944

      İnanmaq düşünməkdən asandır. Ona görə də düşünəndən çox inanan var.

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 10:57356

    İLAHİ, Əlinin hörmətinə xatir Əlini bağışla... (İmam Əli(ə.s) buyurubdur:) "İndi mən elə bir şey söyləyəcəyəm ki, bugündən öncə heç kəsə bunu söyləməmişəm. Bir dəfə Hz. Peyğəmbərdən(s) istədim ki, mənimçün Allahdan bağışlanmaq diləsin. O həzrət də buyurdu ki, edərəm. Sonra da durub namaz qıldı. Əlini duaya qaldırarkən o həzrətin nə dediyini dinlədim. Bir də gördüm ki, o həzrət bu cür dua edir: "İlahi, Əlinin Sənin yanında olan haqqına (hörmətinə) xatir Əlini bağışla". Mən də dedim: Ya Rasuləllah! Bu nədir (bu nə cür duadır)? Həzrət Peyğəmbər(s) buyurdu: Məgər elə birisi varmıdır ki, Allah yanında səndən daha hörmətli olsun, mən də onun adını çəkərək Allahdan şəfaət və bağışlanmaq diləyəm?!" "Nəhcul-Bəlağənin şərhi", ibn Əbil-Hədid (sünni), c 20, səh 316

    Cavab yaz
    • Anonim
      21-ci ESR namazi · 18 İyun 20:21946

      Bir insanın əxlaqi davranışları onun həm bioloji həm də sosialoji varlıq olmasına əsaslanır. Bunun üçün heç bir dini təmələ ehtiyac yoxdur. İnsan əgər cəzalanmamaqdan ötrü və ya mükafat almaq səbəbiylə kontrol altına düşürsə şübhəsiz ki o düzgün yolda deyil - EYNİŞTEYN

      Cavab yaz
      • Anonim
        20:21 · 20 İyun 16:1840

        heç olmasa o alimin adini düz yaz

        Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 11:02307

    Cəbrail (ə) Allahı (c.c) görürmü ? Hz. Muhəmməd (s) buyurmuşdur: "Cəbraildən (ə) soruşdum: Rəbbini görürsənmi ? Dedi: Mənimlə Onun arasında nurdan olan yetmiş pərdə vardır. Əgər o pərdələrin ən yaxınını görsəydim, yanardım." Nəhcul-Fəsahə, səh 517, hədis 1716

    Cavab yaz
    • Anonim
      21-ci ESR namazi · 18 İyun 20:28833

      Tanrının sevgisindən ən çox bəhs edənlər tarix boyunca insan azadlıgına və insan xoşbəxtliyinə ən çox qənim kəsilənlər olmuşlar

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 11:05375

    İki cahiliyyət dövrü ... İmam Kazim (ə) atasından (ə), o da ata-babalarından, onlar da İmam Əlidən (ə), o həzrət də Muhəmməd Peyğəmbərdən (s) belə nəql etmişdir: "Mən, iki cahiliyyət zamanı arasında peyğəmbərliyə göndərilmişəm. Həqiqətən də ikinci cahiliyyət (məndən sonra yayılacaq cahillik) birinci cahiliyyətdən (İslamdan öncəki cahiliyətdən) daha pisdir." Əmaliş-Şəcəri, c 2, səh 277.

    Cavab yaz
    • Anonim
      21-ci ESR namazi · 18 İyun 20:31838

      Əxlaq - sizə nə deyilirsə deyilsin ən dogru olanı etməkdən, Din isə dogru nə olursa olsun size deyiləni etməkdən ibarətdir.

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 11:08386

    İmam Zaman (ə) Hz. Peyğəmbərdən (s) daha çox əziyyət çəkəcək ... əl-Fuzəyl ibn Yəsar deyir: İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: "Bizim Qaim (ə) qiyam etdiyi zaman Peyğəmbərin (s) ilk günlərdə - cahiliyyət zəmanəsində çəkdiyi əziyyətdən daha çox əziyyət çəkəcəkdir. İmama (ə) dedim: Bu necə olacaqdır? İmam (ə) buyurdu: Çünki Peyğəmbər (s) insanlara göndərilərkən cahiliyyət dövrünün cahilləri daş və taxtadan düzəltdikləri bütlərə sitayiş edirdilər. Amma bizim Qaimimiz (ə.f) qiyam edib insanlara göndərilərkən, Qur'anın yanlış və təhrif edilmiş təfsiri ilə onunla üz-üzə gələcək və Qur'an ayələrini O həzrətin əleyhinə yozacaqlar." əl-Ğaybə (ən-Nu'mani), səh 297.

    Cavab yaz
    • Anonim
      21-ci ESR namazı · 19 İyun 15:33429

      Hər şeyin qismətdə yazılmış oldugunu və qisməti dəyişməyin mümkünsüz oldugunu iddia edənlər özləri də yolu keçərkən saga-sola baxmalı olurlar - HAWKİNG

      Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 11:16384

    "ƏLİNİN FƏZİLƏTLƏRİ HAQQINDA DANIŞMAYIN !" DEYƏN DİN DÜŞMƏNLƏRİNİN SÖZÜNDƏN: Əhli-sünnənin tanınmış alimlərindən olan əl-Xəllalın "əs-Sünnə" kitabından gətirəcəyimiz sitatda əhli-sünnənin Hz.Əli (ə.s) barədə gələn fəzilət hədislərin izahı, təfsiri haqqında danışmaqdan çəkindiklərinin şahidi olacaqsınız.  Mənbə: Əbu Bəkr əl-Xəllal, "əs-Sünnə", 2/346-348 (Təhqiq: Dr.Atiyə əl-Zəhrai)

    Cavab yaz
    • Anonim
      21-ci ESR namazı · 19 İyun 16:23435

      Məni yaradan kimdi - sən ! Taleyi də yazmısansa öncədən. Demək günahı da sən yazmısan mənə, Elə isə nədir cənnət cəhənnəm- ÖMƏR XƏYYAM

      Cavab yaz
      • Anonim
        N▪ · 19 İyun 18:13410

        Qurani - Kərim yetmədimi anlamağa , bu yazını stat gətirirsiz ???

        Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 11:16395

    Zəkəriyyə b. Yəhya mənə dedi ki, Əbu Talib onlara belə deyib: Biz Əbu Abdulllahdan (Əhməd b. Hənbəl) Peyğəmbərin (s) Əli barədə dediyi “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” hədisinin mənası barədə soruşdum. O cavabında dedi: “Bu barədə danışma, hədisi gəldiyi kimi saxla.” //analoji hədis daha əvvəl Əbu Bəkr tərəfindən nəql edilib. Əbu Bəkr əl-Mərazi bizə belə dedi: Mən Əbu Abdullahdan (Əhməd b. Hənbəl) Peyğəmbərin (s) Əli barədə dediyi “Sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir” hədisinin mənası barədə soruşdum. O cavabında dedi: “Bu barədə danışma, hədisi gəldiyi kimi saxla. //isnadı səhihdir.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 11:17395

    Əhməd b. Muhəmməd b. Matəri mənə dedi ki, Əbu Talib onlara belə deyib: Mən Əbu Abdulllahdan (Əhməd b. Hənbəl) Peyğəmbərin (s) Əli barədə dediyi “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” hədisinin mənası barədə soruşdum. O cavabında dedi: “Bu barədə danışma, hədisi gəldiyi kimi saxla.” //hədisin isnadı səhihdir. Qeyd: Maraqlısı da budur ki, hətta bügünkü zəmanəmizdə də üzdəniraq vəhhabilər öz kitabxana və kitab passajlarında alimlərin Hz. Əlinin (ə) fəzilətləri haqqında yazdıqları kitab və məqalələri "oxunulması təhlükəli və qadağa olunmuş yazılar" kimi qələmə verərək o uca şəxsiyyətin camaat tərəfindən tanınmasının qarşısını almaqdadırlar.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 11:19365

    "O günah ki, ondan sonra iki rəkət namaz qılmaq və Allahdan onu (o günahı) bağışlamasını istəmək miqdarında fürsət tapdım (qəflətən ölmədim), məni kədərləndirmədi." İmam Əli (ə) Nəhcul-Bəlağə, səh 528, hikmət [ 305 ] 299

    Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 11:24445

    İmam Əlidən (ə) soruşurlar ki: Allah bu qədər çox məxluqla (Qiyamət günü) necə hesab aparacaq və sorğu-sual edəcəkdir ? O Həzrət (Allahın hər şeyə qadir olması barəsində belə) buyurdu: Bu qədər çoxluqla onlara ruzi verdiyi kimi! Soruşdular: Onlar Onu görməyə-görməyə onlarla necə sorğu-sual aparacaq? Buyurdu: Onlar Onu görməyə-görməyə onlara ruzi verdiyi kimi! İmam Əli (ə) Nəhcul-Bəlağə, səh 528, hikmət [ 306 ] 300

    Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 11:26475

    İMAM ƏLİNİN (Ə) NƏZƏRİNDƏ AĞLA TABE OLMAQ: İmam Əli (ə) (ağla tabe olmaq barəsində) buyurmuşdur: "Görmək (qəlbin xəbərdar və agah olması) gözlə deyil. Çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd-nəsihət istəyənə xəyanət etmir (onu səhvə düçar etmir)." Nəhcul-Bəlağə, səh 525, hikmət [ 287 ] 281

    Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 16:45465

    İmam Əli əs: Səmimi dosta xəyanət etmək və əhd-peymanlari pozmaq xəyanətin zirvəsidir.( Gurərul-Hikəm hədis 6374).

    Cavab yaz
  • Anonim
    Muherrəm · 18 İyun 21:57464

    20:31-ə. Sən 21-ci əsrin bədbəxt məxluqusan. Ay M-ka. Ay cilddən -cildə gir.

    Cavab yaz
    • Anonim
      M · 19 İyun 22:14151

      ay qalınqafa,o yazan men deylem.bu bayramınızda da adam ola bilmirsen,şerden,böhtandan uzaq ola bilmirsen.senin kimi iradesizi heç bir qayda,qadağa adam ede bilmez.senün yerün qebirdi qebir!

      Cavab yaz
      • Anonim
        senin · 20 İyun 16:19300

        yerin haradir bes?dünyani tutub durassanmi,ay vetendas

        Cavab yaz
  • Anonim
    TN · 19 İyun 10:55571

    ƏLİ(ə) - Kəbədə doğulan ilk insan, ilk müsəlman,Rəsulallahın qan qardaşı, yol yoldaşı,kürəkəni, iki dünyanın xanımı Fatimənin həyat yoldaşı, Həsənin, Hüseynin,Zeynəbin,Əbəlfəzin atası, namaz üstə zəkat verən (Bəqərə s.), gecələr sübhədək kasıblara ərzaq daşıyan, əmanətə sadıq,can qeydinə qalmadan peyğəmbərimizin ölüm tələsi yatağında yatan, səcdə halında qəsd olunan,Qədr gecəsində bu həyatdan ayrılan və s.Əlinin fəzilətlərini, gözəlliklərini sadalamaqla bitmir.Əli c.c.Allahımızın bir lütfüdür, bir nemətidir, şiələrə göndərilən ən şirin paydır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.