Cəmiyyət

Qulaq sağlamlığı üçün nə yeyək

17 İyun 2017 22:45
0 Şərh     Baxış: 1 067

Yeni araşdırmaya görə qulaq sağlamlığını qorumaq üçün bol-bol pendir yemək lazımdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, amerikalı elm adamları, müntəzəm olaraq pendir yeməyin qulaq sağlamlığını qorumağa yardımçı olduğunu açıqlayıb.
Bildiyiniz kimi, qulaq eşitmə orqandır. Eyni zamanda bədənin tarazlıq mərkəzini təmin edən orqandır. Bu səbəbdən də, qulaq sağlamlığını qorumaq olduqca mühümdür. Xüsusilə bunu təbii yollarla həyata keçirmək lazımdır.
 
Uzun müddətdir ki, davam edən araşdırmaya görə, pendir və qatığın tərkibində olan "D-metiyonin" adlı birləşmə qulaqdakı sinir hüceyrələrini əhəmiyyətli dərəcədə qoruyur. Mütəxəssislər, silah səsi səbəbi ilə eşitmə duyğularında narahatlıq olan 600 əsgər üzərində müxtəlif testlər həyata keçirib.
 
Testlərə görə, nizamlı olaraq pendir yeyən əsgərlərin eşitmə qabiliyyətləri böyük dərəcədə inkişaf etdiyi müşahidə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.