Cəmiyyət

Nar yağının faydaları

15 İyun 2017 22:50
6 Şərh     Baxış: 6 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçənglə mübarizə aparır: nar bir meyvə kimi antioksidantlar, vitamin A, vitamin C, dəmir baxımından, olduqca zəngin ehtiyatlara malikdir. Nar yağı hər növ xərçəngə qarşı mübarizə üçün istifadə edilə bilər. Əlavə olaraq, dəridə hüceyrə zədələnməsinin qarşısını almaq üçün də istifadə edilə bilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, arteriyaları təmizləyir: bəzən pis qida vərdişləri kimi bir çox səbəblərə görə arteriyalar zəifləyir. Nar çəyirdəyi yağının arteriyaların təmizlənməsində çox köməkçi olduğu müəyyən edilmişdir. Su və ya meyvə suyuna bir neçə damcı nar çəyirdəyi yağı əlavə edib gündəlik olaraq içmək damarların təmizlənməsinə yardımçı ola bilər.
Dərini qoruyur: nar çəyirdəyi yağı, ellagik turşu (təbii antioksidant) və omega-5 yağ turşuları baxımından zəngindir. Hər ikisi də qocalmanın ilkin əlamətlərinə səbəb olan sərbəst radikalları azaldır. Tədqiqatlar bu yağın dərini qoruduğunu müəyyən etmişdir.
 
Qan təzyiqinə qarşı yaxşı təsir göstərir: iflic keçirmə riski, gündəlik olaraq, nar çəyirdəyi yağı istehlakı ilə azala bilər.
Yüksək qan təzyiqini 5% azaltdığı deyilir. Nizamlı istehlakı isə yüksək qan təzyiqi riskini 60 faiz aşağı salır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.