Cəmiyyət

Ramazan ayının 4 əsas qidası

15 İyun 2017 21:50
0 Şərh     Baxış: 1 669

Oruc tutan insan gərək yediklərinə diqqət etsin ki, gün ərzində orucunu rahat tuta bilsin. Əgər yeyəcəklərinizin içində vitaminlər, karbohidratlar, kifayət qədər proteinlər olarsa, bədəniniz sağlam qalar. Gündəlik işləriniz üçün lazımlı enerjiyə malik olasınız. Əlbəttə, hər kəs öz sağlamlığına uyğun olaraq bəzi qidaları əlavə edər və ya bəzilərini menyusundan silər. O kəslərin ki, xolesterini yüksəkdir, qırmızı ət yerinə ağ ət yeyərlər. Arıqlamaq istəyənlər yağlı qaymaq yerinə yağısız pendir yeyərlər.

Oruc tutan insan bu qidaları gündəlik yemək menyusuna əlavə etsə, yaxşı olar:
 
Meyvələr.
Milli.Az musavat.com-a istinadən bildirir ki, oruc tutan insan gərək vitaminlə zəngin qidalardan istifadə etsin və o cümlədən də hər iftardan sonra bir neçə ədəd meyvə yesin. Bu meyvələrə: alma, armud, üzüm, şaftalı, qarpız, yemiş, əncir və bananı misal göstərmək olar.
Əgər meyvə suyunu sevirsinizsə, meyvə yemək yerinə onun suyundan istifadə edə bilərsiniz. Ancaq bu meyvə suyunu özünüz sıxın, təbii olsun. Əgər obaşdan yeməyində də meyvə suyu içə bilirsinizsə, bunu edin. Misal üçün çayın yerinə bir stəkan meyvə suyu için.
 
Un məhsulları.
Un məhsullarına çörək, makaron və başqa taxıl məhsulları daxildir. Elə çörəklərdən istifadə edin ki, tərkibində kəpəyi olsun. Çünki bu çörəklərdə B vitamini daha güclü olar. B vitamini bədənin maddələr mübadiləsinə yardım edər, əsəbləri hifz edər. Qəbizliyin qarşısını alar və bağırsaqlar üçün faydalıdır.
 
Tərəvəz.
Tərəvəzləri xam və bişmiş halda yemək - ən münasib qidalardır ki, yay fəslində onu yemək çox məsləhət görülür. Bu qidaların tərkibində anti-oksidantlar, C və A vitaminləri vardır. Kök və ispanağın tərkibində A vitamini vardır. Xiyar, pomidor, kələmin növləri, göbələk, bibər, badımcan yay fəslində yeyilməsi tövsiyə edilən tərəvəzlərdəndir.
 
Ət.
Qırmızı ət, toyuq, yumurta, paxla bitkiləri proteinli qidaların tərkibinə daxildir. Bu qidalaırn tərkibində B vitamini, dəmir və fosfor vardır. Yay fəslində qırmızı ət yerinə ağ ətə daha çox yer verin. Lakin o kəslərin ki, qan azlığı vardır, qırmızı ətdən çox istifadə etsinlər. Ürək xəstələri bacardıqları qədər qırmızı əti az istifadə etsinlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.