Cəmiyyət

Ramazan ayında şeytanın təhrikləri necə olur?

15 İyun 2017 22:40
7 Şərh     Baxış: 1 041

Şeytanın insan üzərindəki hakimiyyəti onu vəsvəsə etməkdən və təhrik etməkdən irəli getməz. Şeytan insanı sadəcə olaraq dəvət edər, məcbur edə bilməz. (Tebyan)

Bəs Ramazan ayında şeytanın zəncirə salınması ilə günahlar azalırmı?
Milli.Az musavat.com-a istinadən bildirir ki, oruc, təbii halda şeytanin insanı yolundan azdırması üçün lazım olan zəminələrini aradan qaldırar. Yəni oruc, şeytanın təhrik yollarını bağlayar. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Şeytan insanda qan kimi axar, ona görə də aclıqla onun keçid yollarını daraldın".
Bu hədis aydın şəkildə onu göstərir ki, oruc təbii halda şeytanın insana hakim olmasına mane olur. Ramazan ayında şeytan zəncirə vurulduğu kimi, əmmarə nəfs də zəncirə vurular. İnsan üzərində olan nüfuzu azalar. İmam Əlinin (ə) buyurduğu kimi: "Aclıq - nəfsi əsir etmək və adətini sındırmaq üçün necə də gözəl yavərdir".
Hədislərə nəzər salanda görmək olur ki, oruc insanın nəfsini tərbiyə etməsində nə qədər təsirli və faydalıdır. Oruc mane olar ki, şeytan insana hakim olsun, nəfsi istəklər insanı incitməz, insanın ağlı azad olar və düşüncələri çiçəklənər, istedadları üzə çıxar.
Həzrət Peyğəmbər (s) buyurur: "Aclıq və susuzluq vasitəsilə nəfsinizlə cihad edin. Çünki savabı Allah yolunda cihad edənin savabı kimidir".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Ürəklərinizi az gülmək və az yeməklə dirildin. Onu aclıqla pak edin ki, saf və şəffaf olsun".
İnsan Ramazan ayında insalığını dərk edər və ibadətinin sayını artırar. Sanki Allaha yaxınlaşmaq üçün bir fürsətin yarandığını fitri olaraq hiss edər. İlahi tofiqin insana şamil olması onun seçimindən də çox asılıdır. Əgər İlahi qonaqlığın qonağı olmağı seçərsə, bu inayət ona da şamil olar. Əks halda çox şeyi əldən vermiş olar. Şeytanın zəncirə salındığı bu mübarək aydan qalan aylarda edə bilmədiyimiz işlər üçün faydalanaq və istifadə edək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

7 Şərh:

  • Anonim
    İjbkk · 15 İyun 22:49113

    Yene şeytan çin təpəgöz dəcal xortan xoxan mələy neblim nə yenə gediy nağılar aləminə

    Cavab yaz
    • Anonim
      Nara · 15 İyun 23:0250

      Eger seytan nagillar aleminde olursa onda senin varligin nedi?

      Cavab yaz
      • Anonim
        ijbkk · 16 İyun 02:1611

        Riyalıq mən varam ki yazıram ama cin şeytan təpəgöz dəcal xortan nağılarda olur

        Cavab yaz
        • Anonim
          Nara · 16 İyun 11:50022

          Mende sene deyirem ki weytanin nagillarda yox realliqda olmasinin en boyuk isbati sensen

          Cavab yaz
  • Anonim
    iybkke · 15 İyun 23:0961

    sen de weytanin bir tayisan az cerenne

    Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyun 23:5690

    23:09-a. Əhsən

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.