Cəmiyyət

Pambıq yağının faydaları

15 İyun 2017 21:10
1 Şərh     Baxış: 410

Qan təzyiqinə qarşı yaxşı təsir göstərir: pambıq toxumu yağlarında olan oleik turşu və linoleik turşu kimi mono və poli doymamış yağların varlığı, insanlarda qan təzyiqinin azaldılması üzərində müsbət təsirə malikdir. Bu səbəblə, pambıq yağı qan təzyiqi olan xəstələr üçün olduqca fayda verən bir yağ növüdür.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, nevroloji sağlamlığa və yaddaşa yaxşı gəlir: pambıq toxumu yağının, nevroloji sistemin fəaliyyətini və yaddaş funksiyalarının inkişaf etdirməsini müsbət istiqamətdə təsir göstərdiyi məlumdur. Bunun səbəbi, pambıq toxumu yağının bədəndəki E vitamini udulmasına köməkçi olmasıdır.
 
Hüceyrənin zədələnməsinə mane olur: pambıq yağı sahib olduğu yüksək E vitamini sayəsində insan orqanizmində yarana biləcək hüceyrə ziyanına qarşı mübarizəyə yardımçı olur.
 
Yaraları müalicə edir: Pambıq toxumu yağı, neosporin kimi bəzi məlhəmlərin də tərkibində olan maddələri ehtiva edir. Bu səbəblə, pambıq yağı ilə hazırlanan məlhəmlər yaraları müalicə etməyə yardımçı olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    777 · 15 İyun 22:1110

    Pambiq yağinin reklaminin arxasinda kim dayanib?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.