Cəmiyyət

İftarı soyuq su ilə açmayın, quru yeməyin

15 İyun 2017 23:45
2 Şərh     Baxış: 1 253

Bir çox oruc tutanların yanlış bir adətləri vardır ki, oruclarını soyuq və hətta buzlu su ilə açırlar. Bəziləri isə quru yeməyin ardınca düşürlər. Mütəxəssislər deyir ki, insanlar arasında yayılmış bu yanlış adət Ramazan ayında onlar üçün çətinliklər yaradır. Belə insan ancaq mədəsini doldurar, həzm sistemində də problemlər yaradar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssis məsləhətinə görə insan iftarını ilıq su ilə, xurma və ya firni ilə açmalıdır. Soyuq və buzlu suyun üstündən qırmızı xətt çəkməlidir. O insanlar ki, iftarlarında meyvə, tərəvəz, isti xörək, pendir, göyərti, çörək və çay ilə qidalanarlar, həzm sistmemi baxımından daha sağlam olarlar.
İnsanlar bəzən Ramazan ayında qəbizlikdən əziyyət çəkirlər. O zaman ki, insan 17-18 saat ac və susuz qalır, bağırsaqların hərəkəti azalır. Maye içməmək qəbizliyin yaranmasına səbəb olar. Xüsusilə də Ramazan ayının ilk həftəsində bu problem özünü qabarıq şəkildə göstərir. Qəbizliyin qarşısını almaq üçün tərəvəz və meyvə yeməkdən qafil olmaq olmaz. Və çox yağlı və şirin şeylərin yeyilməsi məsləhət görülmür.
Oruc tutanların əksər hissəsinin sualı budur ki, obaşdana yemək yemək zəruridirmi? Cavabında deməliyik ki, bəli, obaşdana durmaq çox faydalıdır və oruc tutanlar obaşdanda maye içməli, kifayət qədər qida qəbul etməlidirlər ki, həzm sistemində problemləri olmasın. Əgər səhər obaşdan zamanı yemək yeyə bilmirsinizsə, səbəbi iftarda çox yeməyinizdir.
Orucu sadə suplarla da açmaq çox tövsiyə olunur. İftar açan insan əvvəl duru yemək yeməli və sonra quru yeməklərin sorağına getməlidir. Ramazan ayında tərəvəz suplarına və salatlara xüsusi yer verin ki, həzm sisteminizin fəaliyyəti normada olsun.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    123 · 15 İyun 23:5710

    Esselemun aleykum .Dini məlumatlara yer ayırdığınız üçün təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun. İftarda həqiqətən əvvəl sup içib meyvəyə tərəvəzə üstünlük versəniz çox rahat şəkildə oruc tutacaqsınız . gecə yatana kimi çalışın mayeni çox qəbul edin . Əgər gün ərzində itirdiyiniz mayeni bərpa etsəniz orqanizminizə xeyir etmiş olacaqsınız.Oruclu olan bacı qardaşlar Allah orucunuzu qəbul eliyə İnşaAllah

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.