Cəmiyyət

Hansı halda oruc batil olur?

15 İyun 2017 22:15
0 Şərh     Baxış: 1 227

Allahın və müqəddəslərin adından yalan danışmaq hansı halda orucu batil edər?

Orucu pozan səbəblərdən biri də qəsdən Allaha, peyğəmbərlərə və imamlara yalan nisbət vermək, yəni onlara aid olmayan sözü onların adından danışmaq və ya əslində onlara aid olan bir sözün onlara aidliyini inkar etməkdir. Bu hərəkət qəsdən olarsa oruc pozular.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər insan hər hansı cümlənin Quran ayəsi olub-olmadığını dəqiq bilmirsə, yaxud hər hansı kəlamın hədis olmasına yəqinliyi yoxdursa, həmin cümləni (kəlamı) qəti şəkildə ayə və hədis kimi təqdim etməməlidir. Bunu "rəvayət edirlər ki", "belə deyirlər ki", "kitablarda yazılıb ki" şəklində söyləsə orucu pozulmaz. Əgər bir sözü Allaha, peyğəmbərlərə və imamlara aid etsə, amma sonra bunun yalan olduğunu anlasa, qəsdən etmədiyi üçün orucu düzgündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.