Cəmiyyət

Nazirdən İRAD: "Lilsenziyaların ləğvindən sonra aşağı səviyyəli xidmət faktları ilə rastlaşdıq"

12 İyun 2017 21:15
Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsuslar olsun ki, lisenziyaların ləğv olunmasından sonra turizm sənayesində xidmətlərin aşağı səviyyədə göstərilməsi faktları ilə rastlaşdıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, turizmin fəaliyyəti üçün lisenziyaların ləğv edilməsi biznes mühitinin yaxşılaşmasına doğru atılan bir addımdır. Lakin bundan sui-istifadə edənlər də olur: "Lisenziyaların ləğvi biznesə tam sərbəstlik vermək məqsədi daşıyır. Ona görə də bu, çox düzgün addım idi və böyük inkişafa səbəb oldu. Amma istər-istəməz vəziyyətdən sui-istifadə edən insanlar da olur".

Ə.Qarayev deyib ki, belə halların qarşısını almaq təkcə dövlətin işi olmalı deyil. Turizm şirkətləri də bunun marağında olmalıdır.

Nazir qeyd edib ki, bu gün turizm müəssisələrinin fəaliyyəti üçün lisenziyanın tələb edilməməsinə baxmayaraq, hər bir şirkət öz fəaliyyətini daim təkmilləşdirməlidir: "Belə olmasa, biz dünyada gedən qlobal turizm proseslərinin arxasında qalacağıq. Ona görə də hər turizm şirkəti öz işini təkmilləşdirməyə maraqlı olmalıdır. Mən istəməzdim ki, bələdçi səhv məlumat versin, internetdə yalan məlumat yerləşdirilsin. Çünki dələduzluq faktları bizim ümumi turizm mənzərəmizə kölgə salır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.