Cəmiyyət

Qəbələ sakininin tullantılardan yaratdığı əşyalar marağa səbəb olub - VİDEO

29 May 2017 20:42
1 Şərh     Baxış: 2 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ sakini Seymur Cavadov lazımsız əşyalardan göz oxşayan bina və evlərin maketlərini, mənzillərin işıqlandırılması, mebel dəstləri, hamam və mətbəx aksesuarları düzəldir. Onun əli işi real həyatdakından fərqlənmir. Seymur Cavadov 4 ildir bu işlə məşğuldur.

Milli.Az bildirir ki, onun əl işləri içərisində gəmi, bağ evləri, villalar və kateclər üstünlük təşkil edir. Seymur bütün bunları karton, kağız, taxta parçaları, daşlar, ağac budaqları və digər tullantı materiallardan istifadə etməklə hazırlayır.

Bir sıra maket hazırlayanlar adətən hər hansı bir əşyanın çöl görünüşünü düzəldir. Ancaq onun əl işlərinin fərqi evin işıqlandırmasından tutmuş mebel əşyalarına, hətta hamam aksesuarlarına qədər hər xırda detalın hazırlanmasıdır.

Seymur Cavadovun istəyi gələcəkdə Azərbaycanda olan tarixi abidələrin maketlərini hazırlamaq və bu əl işlərini beynəlxalq sərgilərdə nümayiş etdirməkdir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəbələ sakininin tullantılardan yaratdığı əşyalar marağa səbəb olub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.