Cəmiyyət

Bakıda avtobusda 22 yaşlı qızın beli qırılıb, 1 nəfər isə yıxılaraq ölüb - VİDEO

29 May 2017 20:28
14 Şərh     Baxış: 5 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərnişin avtobusunun içində yıxılan 22 yaşlı xanımın beli sınıb.

Milli.Az bildirir ki, hadisə ötən gün paytaxtın Nərimanov rayonu ərazisində, Keşlə bazarının qarşısında baş verib. Hadisə sürücü Qurban Nifatlıyevin idarə etdiyi 25 saylı marşrut avtobusunda olub.

Ani tormozlonma nəticəsində yıxılaraq beli avtobusun oturacağına dəyən 1995-ci il təvəlüdlü Nərmin Salmanova yaralı halda 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının T12 fəqərəsi sınıb və hazırda palata şəraitində müalicə alır, vəziyyəti kafidir.

Faktla bağlı Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən sürücünün və sərnişinin ifadəsi alınıb, araşdırma aparılır.

Mayın 26- da isə paytaxtın Nizami rayonunda sürücü Cavanşir Məmmədovun idarə etdiyi 81 saylı marşrut avtobusundan yıxılan sərnişin Cümşüd Haqverdiyev dünən xəstəxanada dünyasını dəyişib.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevin açıqlamasına görə, hər iki fakt araşdırılacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda avtobusda 25 yaşlı qızın beli qırılıb, 1 nəfər isə yıxılaraq ölüb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.