Cəmiyyət

Türkiyənin ən böyük körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - VİDEO - FOTO

29 May 2017 18:14
5 Şərh     Baxış: 1 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28 May - Respublika Günündə İstanbul boğazında tarixi an yaşanıb.

Belə ki, Türkiyə vaxtı ilə saat 20:35-də işıqları yandırılan körpüdə hava qaraldıqca möhtəşəm görüntü ortaya çıxıb. 29 illik tarixi olan körpü mavi, qırmızı və yaşıl rənglə işıqlandırılıb.

Milli.Az bildirir ki, ARB TV həmin anları xüsusi reportajla ekrana gətirib. 

1988-ci il də istifadəyə verilən və 1,5 kilometr uzunluğunda olan körpünü İstanbulun ən gözəl məkanlarından açıq aydın izləmək mümkündür. Hər gecə qırmızı rəngə boyanan körpünün ilk dəfə fərqli formada işıqlandırılması yerli sakinlərdə də maraq yaradıb.

Körpünün yaxınlığına gələn Azərbaycan və Türkiyə vətəndaşları əllərində ölkəmizin bayrağını tutaraq xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, bu hadisə Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Fatih Sultan Mehmet Körpüsünün işıqlandırılması bütün gecə boyu davam edib.

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyənin ən böyük körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.