Cəmiyyət

Evdə kartof çipsi necə hazırlanır?

30 May 2017 21:45
4 Şərh     Baxış: 9 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlavə olunduğu hər yeməyə ləzzət qatan kartofun bu cür hazırlanmasını əvvəllər heç görməmisiniz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ət, burger və manqal yanında əlavə olunan çubuq kartof xüsusi bir ləzzət bəxş edir.
 
Artıq kartof çipsilərini çöldən pul verərək, almağa məcbur deyilsiniz. Evdə özünüz də asanlıqla hazırlaya bilərsiniz. Sağlam şəkildə bişirilən bu kartofdan ən çox uşaqlarınız sevinəcək.
 
Bunun üçün sizə cubuq şiş, kartof, bıçaq, soba və duz lazımdır.
Hazırlanması:
- Əvvəl kartof və çubuq şişi yuyun.
- Çubuğu kartofun ortasından keçirin.
- Kartofu dilimləyin.
- Daha sonra dilimləri yavaşca aralayın.
- Metal tavalı bir sobanın içinə qoyun. İstəyə uyğun duz, zeytun yağı, kərə yağı və ədviyyat əlavə edin.
- 320 dərəcə sobada 30 dəqiqə bişirin.
Daha sonra ləzzətlə yeyin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.