Cəmiyyət

Qaxda 9-cu sinif şagirdini maşın vurdu

27 May 2017 23:07
0 Şərh     Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda 9-cu sinif şagirdini maşın vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 17 radələrində rayonun  Qaxbaş kənd sakini 1994-cü il təvəllüdlü Turan Gündüz oğlu Əliyev idarə etdiyi "Nissan" markalı 10 EO 455 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Qax şəhər sakini, 2002-ci il təvəllüdlü Vüsal Əfqan oğlu Abdulzadəni vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 yaşlı Vüsal Abdullazadə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
 
Qax MRX-dan APA-ya bildirilib ki, Qax şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olan Vüsal Abdulzadə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
 
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.