Cəmiyyət

''Qələbə'' dairəsində dəyşiklik edilib - VİDEO

27 May 2017 20:46
0 Şərh     Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pik saatlarda yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə ''Qələbə'' dairəsində dəyşiklik edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  dairəyə daxil olan nəqliyyat vasitələri artıq işıqforla tənzimlənir. Bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən əraziyə qoyulan işıqforlar artıq səhər saatlarından işləyir.
Bunun üçün yolda da bəzi təmir işləri aparılır. Salamzadə küçəsinin əsas və ona paralel olan köməkçi yolun arakəsmə hissəsi sökülərək bir qədər kiçildilməklə yol genişləndirilir. Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin sürücüləri sağa, yəni Həsənbəy Zərdabi küçəsinə heç bir maneə olmadığı üçün işıqforu gözləmədən daxil ola biləcəklər.
Dəyşiklikdən sonra səhər saatlarında Həsən bəy Zərdabi küçəsində tıxac yaranıb. Sürücülər həmin yoldakı işıqforun yaşıl işığının Salamzədə küçəsi ilə ilə müqayisədə az yanması ilə əlaqələndirdilər.
Daha bir dəyşiklik isə Vaqif küçəsində edilib.
Bunun üçün həmin yola da "dayan" və "sağa" nişanları qoyulub. Ərazidə təmir işləri də tamamlanmaq üzrədir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov dəyşiklikdən sonra sürücülərə həmin yolda diqqətli olmalarını tövsiyə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülərin nəzərinə! ''Qələbə'' dairəsində dəyşiklik edilib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.