Cəmiyyət

Oruc tutmayanın 7 bəhanəsi

28 May 2017 22:55
10 Şərh     Baxış: 4 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəhanə: Mən hesab edirəm ki, ən başlıcası - insanın qəlbinin təmiz olmasıdır. Oruc tutmaq isə o qədər də vacib deyil.

Cavab: Mübarək dinimiz də qəlbin təmizliyini əsas amillərdən sayır. Milli.Az deyerler.org-a istinadən bildirir ki, amma məhz elə oruc həmin bu qəlb təmizliyinə nail olmağın zəruri elementlərindəndir.

Bəhanə: Mən Allaha inanıram və məncə bu kifayətdir. Oruc tutmağa isə ehtiyac görmürəm.

Cavab: Çox gözəl. Amma iş burasındadır ki, sənin inandığın o Uca Allah oruc tutmağı sənə vacib bilir. "Ey, iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı kimi, sizə oruc yazıldı və qərara alındı ki, bəlkə təqvalı olasınız" (Qurani-Kərim, 2:183-184).

Bəhanə: Yayda oruc tutmaq mümkün deyil.

Cavab: Bəs onda, orucluğun yay aylarına təsadüf etdiyi saysız-hesabsız hallar necə olsun? Bəs, isti iqlimi olan ölkələrdə oruc tutanlar necə? Sözsüz ki, milyardlarla oruc tutan insanın nümunəsi dediyinizin əksini sübut edir.

Bəhanə: Mən qorxuram ki, zəifləyərəm, dözə bilmərəm. Mənim üçün çətin olar.

Cavab: Qətiyyən qorxmayın! Sizdən qat-qat zəif olan insanlar da oruc tutur və bundan yalnız fayda aparır. Yeri gəlmişkən, əgər Siz xəstəsinizsə və oruc tutmağın Sizə ziyanlığı barədə əsaslı həkim rəyi varsa, bu halda Siz oruc tutmamalısınız.

Bəhanə: O qədər namaz qılıb, oruc tutan tanıyıram ki, özlərini layiqli aparmırlar.

Cavab: Bəs belə isə, Siz o kəslərdən olun ki, namaz qılıb, oruc tutur və öz ləyaqətlərini qoruyurlar.

Bəhanə: Mən niyyət etdim ki, filan arzum yerinə yetsin, amma...

Cavab: Biz öz Yaradanımıza şərtmi qoyuruq? Özü də ki, biz haradan bilə bilərik ki, xeyrimiz haradadır, ziyanımız harada... Məsələn, ola bilər ki, avtomobil barədə olan yerinə yetməmiş arzumuz bizi ağır bir qəzaya gətirəcəkdi...

Bəhanə: Ramazan ayının bir və ya üç günü oruc tutmaq yetər...

Cavab: Təbii, üç gün də, lap elə bir gün də oruc tutmaq olardı. Amma iş burasındadır ki, Allahımız bizə bir ay boyunca oruc tutmağı buyurub. Onun bizim xeyir və ziyanlarımızı hər kəsdən yaxşı bildiyi halda, Onun buyuruqlarına dəqiq əməl etməmək hansı məntiqə sığardı?!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.