Cəmiyyət

Azərbaycanda bir ailəyə dəhşətli sürpriz: Qəbirdən cadu tapdılar - VİDEO

26 May 2017 21:47
18 Şərh     Baxış: 7 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yemək və çay qaşığı, həmçinin kiçik qayçı...

Milli.Az bildirir ki, bu əşyalar naməlum şəxslər tərəfindən Tovuzun Aşağı Quşçu kənd sakini Rahib Kazımovun atasının qəbrinin yanında basdırılıb. Qəbirin ətrafını təmizləyərkən rast gəldiyi əşyalar onu şoka salıb.

Müraciət etdiyi müxtəlif insanlar isə əşyaların cadu olduğunu bildiriblər. İndiyə qədər ailəsinin kiminləsə ədavəti olmadığını deyən Rahib Kazımov cadu ilə bağlı kimdənsə şübhələnmədiyini bildirir. Cadunun nə üçün basdırıldığı onun üçün müəmmalı olaraq qalır.

Atası Qoca Kazımov 3 il əvvəl dünyasını dəyişib. Rahib Kazımov deyir ki, əvvəllər həyətlərində belə bir hala rast gəlməyib. Ona da maraqlı olan odur ki, cadu niyə məhz qəbrin ətrafına basdırılıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda bir ailəyə dəhşətli sürpriz: Qəbirdən cadu tapdılar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.