Cəmiyyət

İftarda ərik suyu için

27 May 2017 23:50
2 Şərh     Baxış: 2 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayında adi qidalanma proqramının dəyişməsi ilə tez-tez qarşılaşılan həzm pozuntularından qorunmaq üçün mütəxəssislər, xüsusilə iftarda bir stəkan ərik suyu içilməyi təklif edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər, ərik və ərik suyunun tərkibində olan vitamin və mineralların həzm sistemini nizamladığını bildirir.
 
Mütəxəssislər xüsusilə Ramazan ayında mövcud yemək rejiminin dəyişməsi səbəbilə mədə pozğunluğu və qəbizlik problemlərinin artdığına diqqət çəkir. Həzm sistemində yaranan çətinliklərin aradan qaldırılması üçün bol maye istehlak edilməsini təklif edən mütəxəssislər mövzu barəsində ətraflı məlumat verdilər: "Oruc tutanların gün ərzində qidalanmaması və iftar vaxtında da ağır qidalar istehlak etməsi həzm sistemini çətinləşdirir.
 
Bu da bəzi problemlərə səbəb olur. Bunların ən əsası xalq arasında qəbizlik kimi tanınan narahatlıqdır. Qaysı, bağırsaq hərəkətlərinin nizamlanmasında təsirli olan bir növ çöküntü olan sellüloz və pektin ehtiva edir. Bu səbəblə Ramazan ayında qəbizliyin aradan qaldırılması üçün iftarda bir stəkan ərik suyunun​ içilməsi tövsiyə olunur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.