Cəmiyyət

Ramazan ayının obaşdan və iftarlarının elmi tənzimlənməsi - ARAŞDIRMA

27 May 2017 20:40
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayında hər bir müsəlman İlahi vəzifəsini yerinə yetirmək üçün oruc tutar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hazırda Ramazan ayı yay fəslinə düşdüyünə görə, qidalanmaya xüsusi diqqət etmək lazımdır ki, sağlam şəkildə bu mübarək ayı başa vura bilək. Ona görə də oruc tutanlara bəzi tövsiyələr verilir:

Obaşdan yeməyinə diqqət.
Obaşdan yeməyi sizin nahar yemiyinizin yerinə olduğu üçün, hər çeşid yeməkdən istifadə etmək olar. O cümlədən düyü və ət yeməklərindən. Salatlar da obaşdan yeməyi üçün münasib ola bilər.
Əgər iştahanız zəifdirsə, o zaman kalorili yeməklərdən az da olsa yeməyə çalışın. Əgər obaşdan yeməyində yağlı qidalar yeyə bilmirsinizsə, o zaman süd məhsullarına yer verin. Çalışın ki, qazlı sulardan və duzlu yeməklərdən çəkinəsiniz.
Yay fəslində ən yaxşı içəcək sudur və suya bir qədər limon suyu da sıxa bilərsiniz ki, gün ərzində susuzluğunuzu aradan qaldıra bilsin.
Soğan və sarımsaq kimi tərəvəzlərdən çəkinin. Daha çox qarpız və yemişdən istifadə edin.
 
İftar üçün tövsiyələr.
Iftar yeməyi çox ağır olmamalıdır. Bir stəkan çay və bir qədər xurma ilə iftarınızı açın və ağır yeməkəri birdən-birə mədəyə tökməyin. İmkan verin ki, mədə bir qədər özünə gəlsin və yavaş-yavaş pendir və bir qədər çörəklə yeməyinizi davam etdirin. Iftar zamanı sulu yeməklərdən istifadə etməyə çalışın, ancaq ağır olmasın. Dovğa və mərci şorbası kimi yüngül yeməklərə yer verin. Onları yeyən zaman da ifrat etməyin.
Əgər mədəniz ağırlaşıbsa və həzmsizlik hiss edirsinizsə, bir qədər səbir edin və qatıq yeməyə çalışın.
İftarınızı açandan bir-iki saat sonra ağır yeməkləri yeyə bilərsiniz. Əlbəttə, çox yağlı olmasın. Misal üçün toyuq və yağsız ətdən bişirilmiş yeməklər kimi.
Meyvə yeməyi unutmayın. Yadda saxlayın ki, əgər meyvə yeməsəniz, vitaminsizlikdən əziyyət çəkə bilərsiniz.
Çayı tünd içməyin. Qəhvə və tərkibində kofein olan içkilərdən çəkinin. İftarı açandan sonra təmiz havada bir qədər yeriməyə çalışın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.