Cəmiyyət

İmsakda az yeyərək tox qalmanın yolları

27 May 2017 19:20
0 Şərh     Baxış: 1 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmsakda hər bir insan şüurlu olaraq az yeməklə belə gün ərzində tox qala bilər. "Burada hansı miqdar deyil, nə yeyəcəklərimiz daha əhəmiyyətlidir",- deyə Prof. Dr. Hulusi Atmaca bildirib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Mübarək Ramazan ayının bu il isti yay günlərinə bərabər gəlməsi səbəbi ilə doğru düzgün qidalanmaq daha əhəmiyyətlidir. "İnsanlar gün ərzində 17-18 saatlıq bir oruc tuturlar. Oruc tutanlar üçün diqqət yetirilməsi lazım olan nöqtələr bunlardır: Günün 17- 18 saatını oruc olan insanlar, ac qalmamaq üçün ən çox edilən səhvlərdən biri də həddindən artıq çox yeməkdir. İnsan daha çox yemək yeyərək daha az ac qalmağı planlaşdırırsa, bu yanlış bir addımdır. İnsan az yemək yesə də tox qala bilər. "Çox yemək yeyərək tox qalaram" düşüncəsi son dərəcə səhv bir addımdır. Bu, yalnız  həmin insanın sağlamlığını təhdid edə bilər. Xüsusilə, 17-18 saatlıq oruc vəziyyətindən sonra, həddindən çox qidalanma, həmçinin imsakda da bunu davam etmək, insanın sağlamlığını təhlükə altında buraxar. Imsakda hər cür meyvənin yeyilməsi daha məsləhətə uyğundur. Həmçinin tərəvəzli hər cür yeməklərin istehlak edilməsi də daha xeyirlidir.
 
Xüsusilə imsakda insanların çovdar çörəyi və ya kəpəkli çörək yemələri məqsədə uyğundur. Bəzi insanlarda iftara doğru baş ağrısı, halsızlıq yaranır və özlərini yatağa atmaq məcburiyyətində qalırlar. Belə ki, bu insanların kəpəkli çörək ya da çovdar çörəyi yemələri xüsusi olaraq tövsiyə olunur.  Bu məsləhətə əməl etməklə şikayətlərinizin aradan getdiyinin şahidi olacaqsınız.
 
İmsak vaxtı şirniyyat yeməmək daha əhəmiyyətlidir. Ağ şəkər ilə hazırlanan bütün qidaları nə imsakda, nə də ki iftarda istehlak olunması məsləhət deyil. Şirin ehtiyacını qarpız kimi, xurma kimi şirin meyvələrlə aradan qaldırmaq mümkündür. İftara başlayarkən mümkün qədər bir az şorba yedikdən sonra mümkün yeməyə fasilə vermək lazımdır. Daha sonra daha ağır yeməklərə başlamaq olar.
 
Gecənin qısa olmasından ötrü insanlar gecə ağır yeməklər yeyərək, bir daha imsaka durmurlar. Halbuki mütləq imsakın ​​son müddətinə qədər gözləmək lazımdır. Çünki 17- 18 saat oruc tutanlar aclıq və susuzluq təhlükəsi ilə üzləşə bilərlər. Xüsusilə, yaşlılarda və aktiv fəaliyyətində qüsurlu olan insanlarda susuzluq riski daha qabarıqdır. Susuzluğu 1 stəkan süd və ya sulu meyvələr ilə qarşısını almaq olar (

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.