Cəmiyyət

Bəlkə də son fürsətdir bu Ramazan...

27 May 2017 19:15
9 Şərh     Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyat fürsətlər çələngidir. Allah insanı və Cənnəti yaratdı. İnsanı Cənnət üçün, Cənnəti insan üçün. İnsana da bu Cənnəti qazanmaq üçün fürsətlər verdi. Hamımızın həyatı fürsətlərlə doludur. Onlar sanki Allaha aparan yoldakı işarələrdir: onları görsək, düzgün anlayıb düzgün istiqamətə yönəlsək, mütləq Allahın bizim üçün hazırladığı o son və əbədi məntəqəyə yetişəcəyik. Kaş ki, bu fürsətləri görəydik! Kaş ki...

Milli.Az islam.az-a istinadən bildirir ki, geriyə boylanıb hansısa fürsəti əldən verdiyimizi anladıqda o qədər bu ifadəni demişik ki - "Kaş ki..."! Bəzilərimiz çox, bəzilərimiz nadir hallarda. Bu fürsətləri görmək də ayrı bir istedaddır, onu da qeyd edək. Kimsə hər gecə yastığa baş qoyanda ötən gününü incələyir, kimsə də sadəcə yıxılıb daş kimi yatır. Əlbəttə, birinci əldən verdiyi fürsətləri daha dəqiq görür, gələcəkdə bu nemətləri qaçırmamaq üçün tədbir tökür. İkincisi isə itirdiyi fürsətlər barədə qəflətdədir. Beləsinə nəsə deyəndə də özünə təsəlli tapır  - "mən sabahla yaşayıram". Hansı sabahla, qardaşım? Dəqiq bəllidirmi ki, o gözlədiyin sabah gələcək sabah? Uzun sözün qısası...

Mübarək Ramazan ayına yetişdik. Bu ay barədə çox sayda sözlər deyilib, bu ayı Allah Öz Müqəddəs Kitabında tərənnüm edib, məsumlarımız barəsində dəyərli kəlamlar söyləyiblər. Amma bu ay həm də bir fürsətdir, həm də çox əzəmətli fürsət. Bəziləri üçün hətta son fürsətdir. Allahdan savayı hər şeyin sonu olduğu kimi, fürsətlər də sona çatır axı...

Odur ki, əziz müsəlman bacı və qardaşlar! Bizi bu Ramazan ayına yetişdirdiyi üçün Rəbbimizə sonsuz şükürlər söyləməklə yanaşı həm də bu fürsətdən bacardığımız qədər yararlanaq. 30 gündən sonra bu fürsət qapısı da üzümüzə bağlanacaq. Bunu unutmayaq, hər an xatırlayaraq yaşayaq bu ayı.

Allah qəbul eləsin!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.