Cəmiyyət

Şamaxı İcra Hakimiyyətindən selin fəsadları barədə

25 May 2017 21:51
0 Şərh     Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər ölkə ərazisindəki qeyri-sabit hava şəraiti ilə əlaqədar Şamaxı rayonunun bəzi ərazilərinə sel sularının vurduğu ziyan aradan qaldırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Şamaxı rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində evlərə ciddi ziyan dəyməsə də, 3 kənddə - Keçmədin, Ərçiman və Talışnuru kəndlərində təsərrüfata ziyan dəyib: "Keçmədin kəndində çayın üzərindən keçən yolu sel suları yumuş, əhalinin hərəkəti çətinləşmişdi. Bundan başqa, sakinlərin ot tayası, arı təsərrüfatına ziyan dəyib, işıq dirəklərini sel aparmışdı. Bu hadisə kəndin içərisindən keçən Ağsu çayının daşması nəticəsində baş vermişdi. Kəndin yolu dərhal xüsusi texnikalar vasitəsilə bərpa olundu və əhalinin gediş-gəlişi təmin edildi, "Azərişıq" ASC-nin əməkdaşları həmin işıq dirəklərini yenisi ilə əvəz elədi və hazırda kənd yenidən fasiləsiz elektrik enerjisi ilə təmin edilib".

İcra Hakimiyyətindən bildiriblər ki, leysan yağışlar Talışnuru kəndində də ziyansız ötüşməyib: "Talışnuru kəndində qurunt sularından ibarət kiçik çay axır ki, həmin çay da Pirsaat çayına birləşir. Leysan yağışlar zamanı yaranmış sel həmin çayın üzərində kustar üsulla hazırlanmış dirəklərdən ibarət yol ötürücüsünü sal daşlar və lillə örtüb, nəticədə həmin yol ötürücüsünün bir hissəsi uçub. Əraziyə baxış keçirilib və çayın üzərindəki ötürücü təmizlənib, hərəkət bərpa edilib. Leysan yağışlar nəticəsində insan itkisi, xəsarət alan olmayıb. Həmin kəndlərin evləri çay kənarından aralı və hündür ərazilərdə yerləşdiyindən evlərə ziyan dəyməyib".

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində Pirsaat və Ağsuçay çaylarının ətrafında yerləşən daha 4 kənddə də bəzi problemlər yaranıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.