Cəmiyyət

Buranın yolları acınacaqlı vəziyyətdədir - VİDEO

25 May 2017 21:21
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Maştağa qəsəbəsində, Albalı yaşayış masivinin mərkəzi yolu bərbad vəziyyətdədir. Yolun hazır ki, vəziyyətinin pis olması isə orda yaşayan sakinlərin işini çətinləşdirir. Yola görə, kimi məktəbə, kimisi isə işə gecikir. Bəs həmin yolun təmir edilməməsinin səbəbi nədir?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yol bərbad vəziyyətdə olduğundan avtomobillər çətinliklə hərəkət edir. Bura Sabunçu rayon, Maştağa qəsəbəsi Albalı Bağları yeni yaşayış massividir. Massivin mərkəzindən keçən İlqar Həsənov küçəsinin hazır ki, vəziyyəti ürək açan deyil.
Problemdən ən çox əziyyət çəkən məktəblilər və marşrut avtobuslarının sürücüləridir.
Sakinlər deyir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət ediblər.
Maştağa qəsəbə İcra Nümayəndəliyində həmin yolla bağlı sakinlərin dəfələrlə nümayəndəliyə müraciət etdiyini təsdiqlədilər. Ancaq İlqar Hüseynov küçəsi Bələdiyənin balansında olduğundan təmirinə cavabdeh deyillər. Maştağa Bələdiyyəsinin sədri İlqar Qurbanov isə müsahibə yerməkdən yayınsa da, şifahi olaraq bildirdi ki, həmin massivdə yaşayanlar əmlak vergisini vermir. Buna görə də, həmin yol təmir edilə bilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Buranın yolları acınacaqlı vəziyyətdədir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.