Cəmiyyət

Avtobus dayanacaqlarını zəbt edən taksilər - "Memar Əcəmi dairəsi"ndə xaos - VİDEO

25 May 2017 21:18
6 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Memar Əcəmi metrostansiyasının qarşısındakı dairədə nəqliyyat vasitələrinin xaotik vəziyyəti yaranıb. Taksilər avtobus dayanacaqlarını zəbt edib. Avtobuslar da yolun ortasında sərnişinləri endirirlər.

Taksilər dayanacaqda saxlanılıb. Avtobuslar da yolun ortasında dayanıb, sərnişinlər düşür.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər paytaxtın Nəsimi rayonundan, Memar əcəmi metrostansiyasının qarşısındakı dairədəndir. Ərazidəki avtobus dayanacaqlarını taksilər zəbt edib.
Taksilərin dayanacğı zəbt etməsi sərnişinlərə də bir sıra çətinliklər yaradır. Hətta bu səbəbdən qəzalar da baş verir.
Taksi sürücülərinin məsələyə münasibəti isə özünəməxsus şəkildə oldu.
Bakı Şəhəri Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, avtobus dayancaqlarını zəbt edən bu cür taksi sürücülərinə qarşı mübarizə daim davam etdirilir. Təkcə ötən gün ərzində 120 belə sürücü barəsində inzibati protokol tərtib olunub. Hətta, onlardan bir neçəsi həftə ərzində eyni xətaya görə ikinci dəfə cərimələnənlərdir. 6 avtomobil isə cərimə meydançasına aparılıb. Bölmə rəisinin sözlərinə görə, Memar əcəmi metrostansiyasının qarşısında da belə tədbirlər aparılır. Lakin həmin sürücülər polisin qısa müddətə oradan uzaqlaşdığını görən kimi yenidən dayanacağa daxil olurlar. Dayanma-durma qaydasını pozan bu sürücüləri 40 manat cərimə gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobus dayanacaqlarını zəbt edən taksilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.