Cəmiyyət

"Dəvə, dəvədir, o da susuz dolanmır" - su problemi - VİDEO - FOTO

24 May 2017 22:34
0 Şərh     Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkinin Qaratorpaq və Sarıca kəndinin sakinləri içməyə su tapmır.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, hələlik məsələ həllini tapmayıb.

İmran Əhmədov - Sakin: "Camaat məhləsində sudan çətinlik çəkir. Çaylardan lilli su gətirib, duruldub içirlər. Zülmlə dolanır camaat".

Yaşaq Gülməmmədov - Sakin: "Ac dolanarsan, amma susuz qala bilmərsən. Dəvə, dəvədir, o da susuz dolanmır. Bəs bu camaat nə etməlidir? Dağlarda var, ancaq maraqlanan yoxdur".

Əhalisinin əsas məşğuliyyəti əkinçilik olan kəndlərdə meyvə-tərəvəz də susuzluq səbəbindən tez quruyur. Kəndlilərin zəhməti beləcə hədər getmiş olur. Kəndin əsas su təminatı Əlican çayından ödənilir. Heç bir gigiyenik yoxlamadan keçməyən, təmizlik işləri aparılmayan suya belə razı olan sakinlərin problemini pul da həll etmir. Yollarının bərbad olması su maşınlarının işini çətinləşdirir.

Nəzərə alsaq ki, hələ qızmar yay qarşıdadır, yəqinki vəziyyətin necə olacağını düşünmək o qədər də çətin deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.