Cəmiyyət

Bakıda "Qırmızı papaq" kreativ tamaşa təqdim olunacaq

24 May 2017 16:25
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva Komediya Teatrı 3 və 4 iyun tarixlərində "Qırmızı papaq" adlı rəngarəng tamaşasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təqdim edəcək.

Milli.Az-ın məlumatına görə, tamaşada baş rolu "Papinı doçki" ("Atanın qızları") serialının ulduzu, teatr və kino aktrisası Miroslava Karpoviç oynayacaq. Seansların başlama saatı 12:00 və 15:00-dır.

Çox gülməli nağıl olan uşaq komediyası Şarl Perronun məşhur nağılını yeni interpretasiyada təqdim edir. Canavar burada elə də qorxulu deyil, Balaca qız hər şeylə maraqlanan və xeyirxah, Ovçular olduqca qeyri-adidir, Nənə və Ana isə zamanla ayaqlaşır. Əlbəttə ki, əsas süjet xətti dəyişməyib - ana qızını piroqları nənəyə aparmağa göndərir, çünki nənə həm də bir az naxoşdur. Düzdür, məlum olur ki, nənənin nə zökəmi, nə də temperaturu var...

Tamaşa təkcə çox gözəl musiqi, yumor və macəralarla zəngin deyil, həm də interaktivdir. Balaca tamaşaçılar aktyorlarla bərabər tamaşada birlikdə iştiraka dəvət ediləcək, valideynlər, nənələr və babalar da arzu etsələr, iştirak edə biləcəklər. Uşaqları və böyükləri həyəcanlı görüşlər və macəra gözləyir! Tamaşada şən, maraqlı və hətta qorxulu anlar ahəngdar olaraq bir-birilə uzlaşaraq nağılı yeni rənglərlə oynamağa məcbur edir.

Tamaşaya biletləri şəhərin bütün kassalarında və "ASAN xidmət" mərkəzlərində, habelə https://iticket.az/ saytında onlayn əldə etmək olar. Məlumat və biletlərin pulsuz çatdırılması üçün telefon nömrəsi - (077) 600-00-60.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.