Cəmiyyət

Meyvə-tərəvəz qıtlığı gözlənilir? - Dolunun FƏSADLARI - VİDEO

23 May 2017 21:14
0 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər ərzində respublikanın bir sıra bölgələrində qeyri-sabit hava şəraiti hökm sürdü. Güclü külək əsdi və yağış yağdı, hətta bir sıra rayonlara dolu düşdü. Belə hava bəzi fermerləri narahat edib. Onlar məshuldarlığın çox aşağı olacağından narahatdırlar. Kənd Təsərrüfatı Nazirliyi isə narahatlığa heç bir əsas görmür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, son günlər yaşanan qeyri-sabit hava bəzi təsərrüfat sahiblərinin narahatlığına səbəb olub. Müxtəlif bölgələrdə yaşayan fermerlər meyvə-tərəvəzlərin məhsuldarlığının aşağı olacağını deyirlər. Onların sözlərinə görə yağan yağışlar bəzi məhsulları xarab edib.
Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, yağışlı hava şəraiti may ayı üçün xarakterikdir. Qısamüddətli dolunun düşməsi ciddi fəsadlar yaratmayıb. Nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, əkin sahələrinin məhv olması ilə nazirliyə müraciət daxil olmayıb. Yerlərdə olan kənd təsərrüfatı idarələri də müxtəlif monitorinqlər keçirərək vəziyyəti nəzarətdə saxlayırlar
İmran Cümşüdov deyir ki, yağan yağışlar əksinə məhsuldarlığa müsbət təsir göstərəcək
Şöbə müdirinin sözlərinə görə, meyvə ağaclarının çoxu çiçəklənmə dövrünü geridə qoyduğundan, onlar üçün də böyük təhlükə yoxdur. Havanın temperaturu iqlim normasına uyğun olduğundan yağışların meyvələri zay edəcəyini demək olmaz. Ona görə də hava şəraitinin təsiri ilə meyvə-tərəvəz məhsullarının qıt olacağı ilə bağlı deyilənlərin heç bir əsası yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Meyvə-tərəvəz qıtlığı gözlənilir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.