Cəmiyyət

Göygöldə iki avtomobil toqquşub, yaralı var

23 May 2017 22:11
0 Şərh     Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb. "Mercedes" və "VAZ 2103" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, rayonun Topalhəsənli kənd sakini 1949-cu il təvəllüdlü Məhərrəmov Behbud Zülfüqar oğlu və qadın sərnişin müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, xəsarət alanlar Gəncəyə yas yerinə gedirlərmiş.
 
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.