Cəmiyyət

Faydalı bakteriyaların olduğu qidalar hansılardır?

25 May 2017 23:15
0 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bağırsaqlarda yerləşən faydalı bakteriyalar immunitetin güclənməsi və xəstəliklərə qarşı müqavimətin təmin edilməsi baxımından əhəmiyyətlidir. Qatıq bu faydaları təmin edəcək ən mühüm probiotik qida mənbəyidir. Bunlardan başqa, bədəndəki probiotikləri artırmağın bir yolu da, onları bəsləyən, çoxalmasını təmin edən qidalardan, yəni probiotiklərdən dəstək almaqdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ana südünün həm probiotik, həm də probiotik xüsusiyyət verən bir qida olduğunu vurğulayan mütəxəssislər probiotik qidalara nümunələr göstərdilər: "Quru lobya, noxud, yaşıl mərci kimi paxlalılar ilə alma, çiyələk, banan kimi meyvələr, kəvər, sarımsaq, soğan kimi tərəvəzlər, badam və tam taxıl məhsulları probiotik qidalardır. Turşu, nar turşusu, sirkə, şalğam kimi qidalar bağırsaq florasındakı probiotiklərin çoxalmasını təmin edir.
Bağırsaq sağlamlığımız üçün edə biləcəyimiz ən yaxşı şeylərdən biri də, şəkər və şəkərli qidaların qəbulunu azaltmaqdır. Çünki bu cür qidalar bağırsaqda olan yaxşı bakteriyaların azalmasına, pis bakteriyaların çoxalmasına səbəb olur."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.