Peyğəmbərin (s) vəfatından sonra Həzrət Fatimə (ə) bir rəvayətə görə təxminən iki ay yarım, başqa rəvayətə görə təxminən üç ay yaşamışdır. Həmin müdət ərzində o, bir neçə xütbə söyəmişdir.
Milli.Az islam.az-a istinadən bildirir ki, bəzi mənbələrdə onun 4 xütbəsi haqqında məlumat verilir. Xütbələrdən ikisi daha məşhurdur; bunlardan birini Mədinədəki Məscid əl-nəbidə (Peyğəmbər məscidində), o birini isə Mədinə qadınlarının qarşısında söyləmişdir. Peyğəmbərin (s) vəfatından sonra Həzrət Fatimə (ə) öz xütbələrində həmin dövrün gərgin dini-siyasi şəraitini dəqiq şəkildə təsvir etmişdir. Bu xütbələr, eləcə də, Həzrət Fatimənin (ə) digər kəlamları "Nəhc əl-həyat" adlı kitabda toplanmışdır.
Milli.Az