Cəmiyyət

Tədris ili mayın 30-da başa çatsın, yoxsa iyunun 15-i? - VİDEO

22 May 2017 21:54
31 Şərh     Baxış: 10 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay tətilinin başlamasına az qalmış tədris ilinin başlama və bitmə vaxtının dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib. Dərslərin əvvəlki qaydada 1 sentyabr - 30 may tarixləri arasında keçirilməsi ilə bağlı təkliflər səslənir.

Milli.Az bildirir ki, millət vəkili Fazil Mustafa deyir ki, məktəblərin iyunun 15-də bağlanmasının uşaqların təhsilinə nəinki müsbət təsiri var, əksinə məktəblilərin bu qədər gec tətilə çıxması onlara mənfi təsir göstərir.

Millət vəkilinin fikrincə, dərslər sentyabrın 1-dən başlayıb mayın 30-da bitərsə, bunun uşaqlara xeyri daha çox olar. Çünki tətil günlərində xüsusi yay proqramları təşkil etməklə şagirdlərin istirahətini daha səmərəli keçirmələrini təmin etmək mümkündür.
Elə şagirdlər də tədris ilinin yay aylarına doğru uzadılmasının tərəfdarı deyillər. Onların sözlərinə görə, may ayının sonuna kimi dərsliklər yığılır və dərsdə ancaq təkrarlarla məşğul olurlar...

Təhsil Nazirliyindən bildirildi ki, tədris ilinin əvvəlki qaydaya qaytarılması ilə bağlı məsələ nazirliyin gündəmində yoxdur və ümumiyyətlə dərs ilinin yerdəyişməsi planlaşdırılmır. Hələ ki dərslər əvvəlki qaydada - sentyabrın 15-dən iyunun 15-nə kimi davam edəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tədris ili mayın 30-da başa çatsın, yoxsa iyunun 15-i?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.