Cəmiyyət

Azərbaycanda QƏRİBƏ OLAY: evdə hər şey öz-özünə alışıb yanır - YENİLƏNİB - VİDEO - FOTO

23 May 2017 15:31
9 Şərh     Baxış: 5 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:31

Lənkəranın Aşağı Nüvədi kənd sakini Davud Bağırzadənin evində qəribə hadisə baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, ailə üzvlərinin sözlərinə görə evdə 4-5 gündür ki, ayrı-ayrı vaxtlarda 20-dən çox yanğın hadisəsi  baş verib. Nəticədə xalça, pərdə, yataq dəsti və geyim əşyaları yanıb.

Ev sahibi məişət əşyalarını həyətə boşatlmaqla yanaşı, elektrik və qaz xətlərini də ayırıb. Yanğınların qarşısını almaq hələ də mümkün olmayıb.

Zəbi Bağırov - Qonşu: "Bu tərəf yanandan sonra keçir o üzə. 3 ev, mətbəx hamısı yanır. Hələ bilinmir ki, nədəndir. Nəticəsini bilmirik".

Çöldə gecələyən ailə üzvləri, yanğından vaxtında xəbər tutsunlar deyə gecələr növbə ilə keşik çəkirlər.

Şamama Bağırova - Sakin: "Üfunət iyi gələn kimi bilirik ki, yanğın var. Tez qaçıb görürük ki, od tutub yanır, söndürürük. Səhərə kimi də otururuq, yatmırıq. Növbə ilə qalırıq burada".

Artıq bu hadisədən qonşular da olmağa başlayıb. Hadisə yerində olan FHN əməkdaşları, yanan əşyalardan nümunələr götürərək, ekspertizaya göndəriblər, yanğınların səbəbi araşdırılır.

----------------

22.05.2017

21:39

Evdə qəribə hadisələr olur. Əvvəlcə əşyalar öz-özünə nəmlənir. Bir müddət sonra ayrı-ayrı yerlərdə yangınlar olur.

Milli.Az bildirir ki, Lənkəranın Aşağınüvədi kəndində Bağırzadələr ailəsi müammalı hadisələrə görə çarəsiz qalıb.

69 yaşlı Davud Bağırzadəyə məxsus evdə bir aydan çoxdur mənbəyi bilinməyən yerdən divarların, ev əşyalarının üzərinə su tökülür. Su axan ərazilər qazılsa da evdə suyun mənbəyi tapılmır.

6 nəfərin yaşadığı evdə son vaxtlarda yanğınlar da baş verir. Nəticədə xalça, pərdə, yataq dəsti və geyim əşyaları yanır.

Hazırda evin bütün elektrik və qaz təchizatı dayandırılsa da bənzər hadisələrə davam edir. Təkcə ailə üzvləri deyil, qonşular belə narahatdır. Ev sahibi Fövqalada Hallar Nazirliyinin Cənub yanğından muhafizə idarəsinə müraciət edib. İki gün idarənin bir yanğınsöndürən maşını, 3 canlı quvvəsi evdə keşik cəkib. Əşyaların yanması davam etsə də hələlik səbəb bilinmir.

Yanğın yerində olan aidiyyatı qurumların əməkdaşları yanan əşyalardan nümünələr götürərək, ekspertiza üçün göndəriblər. Evə din xadimləridə dəvət olunub. Onlar da bu hadisəni təccüblə qarşılayıblar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda QƏRİBƏ OLAY: evdə hər şey öz-özünə alışıb yanır

Azərbaycanda QƏRİBƏ OLAY: evdə hər şey öz-özünə alışıb yanır - 1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.