Cəmiyyət

Turp suyunun faydaları

23 May 2017 21:45
0 Şərh     Baxış: 2 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Turp suyu öd kisəsi xəstəliklərinə qarşı istifadə edilə bilər.

Xüsusən, öskürək və göy öskürəyə qarşı ballı turp suyu çox sakitləşdirici təsir göstərir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qara turp suyu ac qarnına yarım fincan içilərsə, böyrək daşlarını əridir. Eyni zamanda tam bir qaraciyər dostu olan turp suyu, damar sərtliyi və yuxusuzluğa da yaxşı təsir göstərir. Soyuqdəymə zamanı öskürəyə qarşı 1 qaşıq turp suyu içməyin faydalı olduğu məlumdur.
Bundan əlavə, turp suyu saçları gücləndirir və qırılmaların qarşısını alır. Həmçinin saçların tez uzanmasına kömək edir.
Ballı turp suyu: Orta boy bir turp rəndələnir, 2 yemək qaşığı bal ilə yaxşıca qarışdırılır, 5-6 saat saxlanılır. Öskürəyə qarşı, gün ərzində müntəzəm olaraq 1-2 qaşıq için. Uşaqlar da içə bilər.
Xəbərdarlıq: Qoxusu o qədər də xoş deyil. Bundan başqa, bağırsaqlarda daha da pis qoxulu köplər yarada bilər. Ertəsi günə qədər saxlanılmamalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.