Cəmiyyət

Məst nədir?

23 May 2017 21:15
0 Şərh     Baxış: 3 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məst nədir və əhli-sünnə məzhəbinə görə dəstəmaz zamanı məstdən necə istifadə edilir?

Məst ayaqları topuqlarla birlikdə örtən dəridən və ya keçədən xüsusi ayaqqabı növüdür. Əhli-sünnə məzhəbinə görə, dəstəmaz alarkən ayaqları yumaq əvəzinə məstlərin üzərinə məsh etmək bəzi şərtlər daxilində caizdir:

Milli.Az islam.az-a istinadən bildirir ki, məst ayaqları yumaqla dəstəmaz aldıqdan sonra geyilmiş olmalıdır. Özü də həmin dəstəmaz cənabət, heyz və ya nifasdan fərqli bir səbəb üzündən pozulmuş olmalıdır.

Məst topuqları örtməli, bağla (iplə) bağlanmamalı, şəffaf olmamalı, suyu ayağa keçirməməli, barmaq ucunun keçəcəyi qədər deşiyi olmamalı, ən azı bir fərsəx, yəni 12 min addım məsafə gedəcək qədər dözümlü olmalıdır.

Məstin üzərinə ən azı 3 əl barmağı miqdarında məsh edilməlidir.

Dəstəmazlı olaraq ayağına məst geyən şəxs məst geydikdən sonra ilk dəfə dəstəmazının pozulmasından etibarən vətəndə bir gün, səfərdə isə üç gün ərzində məstin üzərinə məsh edə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.