Cəmiyyət

Məzunlar "Son zəng"ə hazırlaşır - İndidən restoranlarda yer sifariş ediblər - VİDEO

19 May 2017 22:34
7 Şərh     Baxış: 3 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-2017-ci tədris ilinin başa çatmasına bir aydan da az vaxt qalıb.

Milli.Az bildirir ki, builki məzunlar artıq son zəng hazırlıqlarına başlayıblar.
11-ci sinif şagirdləri həmin günü qeyd etmək üçün indidən restoranlarda yer sifariş ediblər. Restoran inzibatçılarının sözlərinə görə, şagird sayı az olduğu üçün onlar kiçik zalları sifariş edirlər.
Həmin ərəfədə Ramazan ayı olduğu üçün restoranlarda toylar demək olar ki, olmayacaq. Bu səbəbdən də şadlıq evinin sahibləri məzunlar üçün ucuz və yaxşı menyu hazırlayıb. Məsələn, əvvəllər 35-40 manata olan menyular şagirdlərə 18, 20 və 25 manata təklif edilir. İnzibatçılar deyirlər ki, məzun günündə onlara restoran tərəfindən bir çox hədiyyələr də olacaq.
Təhlükəsizliyi təmin etməkdən ötrü məzunlar tərəfindən sifariş olunan restoranlar spirtli içkiləri menyudan çıxarıblar. Əgər hansısa məzun kənarda spirtli içki içib gələrsə, onlar restoranın təhlükəzilik əməkdaşları tərəfindən uzaqlaşdırılacaqlar. İnzibatçılar hətta bununla bağlı şagirdlərə əvvəlcədən məlumat da veriblər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məzunlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.