Cəmiyyət

Azərbaycanlı gənc milli avtomobil modelinin dizaynını hazırlayıb - VİDEO

19 May 2017 22:17
0 Şərh     Baxış: 2 554

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov milli avtomobil modelinin eskizini hazırlayıb. Milli.Az bildirir ki, iİki ildən çoxdur üzərində işlənən "Azerant Buta" modelinin dizaynında milli ornamentlər əsas götürülüb.

"Azerant Buta" avtomobilinin loqosunda gerbimiz və səkkizguşəli ulduz da əks olunub. Ön hissədə radiator barmaqlıqları Şirvanşahlar sarayının qala divarlarındakı şəbəkə naxışı dizaynı əsasında işlənib.

Aerodinamik və modern üslubda hazırlanan modelin texniki göstəricilərinin necə olmasına isə mühəndislər qərar verə bilərlər. Əgər layihə gerçəkləşdirilsə, bu model ekonom sinfə aid olacaq.

Ramil Nəcəfov artıq Müəllif Hüquqları Agentliyindən layihəni özününküləşdirmək üçün şəhadətnamə də alıb. O, yeni dizaynını yaxın vaxtlarda aidiyyati qurumlara və dünyanın ən məşhur avtomobil şirkətlərinə göndərməyi düşünür.

Gənc dizayner bu avtomobilin gələcəkdə Azərbaycanın milli brendi olacağına və layihənin aidiyyati qurumlardan müsbət rəy alacağına ümid edir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı gənc milli avtomobil modelinin dizaynını hazırlayıb

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.