Cəmiyyət

Təzə kartof ucuzlaşıb - Bəs köhnə kartofun qiyməti niyə düşmür? - VİDEO

19 May 2017 21:51
2 Şərh     Baxış: 3 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq təzə kartofun qiyməti köhnə kartofla demək olar ki, eyniləşib. 

Milli.Az bildirir ki, bir müddət əvvəl kilosu 1 manat 50 qəpik-2 manata satılan təzə kartof indi 80 qəpik-1 manata təklif olunur.

Satıcıların sözlərinə görə, təzə kartof qədər köhnə kartofa da tələbat kifayət qədər çoxdur. Elə bu fakt da köhnənin qiymətinin düşməsinə imkan vermir.

Satıcıların sözlərinə görə, təzə kartof müəyyən yeməklərdə istifadə olunsa da, köhnə kartofu daha çox yeməkdə işlətmək mümkündür. Buna görə də qiymətində hec bir dəyişiklik yoxdur.

Satıcıların sözlərinə görə, təzə kartofun qiyməti 2-3 gündür enib.

Hətta belə davam edərsə, 10 günə kartofun qiymətində yenə azalmaların olacağı bildirilir. Alıcılar da kartofun qiymətindən razı olduqlarını bildirirlər.

Ümumiyyətlə, təzə kartof daha çox Şəmkir və Cəlilabaddan gətirilir. Ancaq Şəmkirdən gətirilən kartofun qiyməti digər bölgələrə nisbətən bahadır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Təzə kartof ucuzlaşıb - Bəs köhnə kartofun qiyməti niyə düşmür?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.