Cəmiyyət

Təbii afrodiziak hesab edilən qara trüfel...

20 May 2017 19:25
2 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qara trüfel göbələyi yerin altında bir neçə santimetrdən başlamış yarım metrə qədər dərinlikdə bitir, dairəvi və qeyri-düzgün formada olur. Göbələyin kəsiyi möhkəm və sərt olmaqla qəribə naxışlıdır. Daxili rəngi isə tünd-qəhvəyidən qaramtıl bənövşəyiyə qədər dəyişir. Çox güclü xarakterik ətrə və xoşagələn dada malikdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, daha çox Fransa, mərkəzi İtaliya və İspaniya ərazisindəki palıd və fıstıq meşələrində bitən qara trüfel göbələyi vəhşi donuzlar vasitəsilə yayılır. Onun kəskin qoxusu donuzları cəlb etdiyindən eşib yerin altından çıxararaq yeyir və sporların yayılmasına səbəb olurlar. Göbələyin bitmə mövsümü noyabr-mart aylarıdır, yığım isə ilin ilk aylarında xüsusi təlim görmüş it və donuzlar vasitəsilə həyata keçirilir.

Təbii afrodiziak hesab edilən qara trüfel göbələyi Fransa mətbəxinin əvəzolunmaz atributlarından biridir. Orta əsr kimyagərləri onun təsirini çox yüksək qiymətləndiriblər.

Qara trüfel yeməli göbələklərə aid olduğundan onun əsasında bir çox qurmanların yüksək qiymətləndirdiyi zərif yeməklər hazırlanır. "Süfrənin qara brilyantı" adı verilən qara trüfel əsasən bişirilmiş formada, bəzən də çiy halda ədviyyat kimi istifadə edilir. Dadı qoz ləpəsi və ya qovrulmuş günəbaxan tumuna çox oxşayır. İtaliya, Fransa, Rusiya və Əlcəzairdə bitir, 50-yə yaxın növü var. Fransa və İtaliya ərazisində bitən göbələklərin spesifik ətri və müalicəvi xüsusiyyətləri var. Əbəs yerə deyil ki, göbələklərin çox bitdiyi İtaliyanın San-Miniato şəhəri "ağ trüfellər şəhəri" hesab edilir. Xalq təbabətində qara trüfel göbələyinə həzmi yaxşılaşdıran, mədə şirələrinin ifrazını, potensiyanı artıran, virusları məhv edən vasitə kimi yüksək dəyər verilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.