Cəmiyyət

Dəfnə yarpağının faydaları və müalicəvi xüsusiyyətləri

20 May 2017 19:55
0 Şərh     Baxış: 3 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

* Dəfnə yarpağı ən dadlı qida qatqılarından sayılır. Onun özünəməxsus ətri qida dadlandırıcısı kimi bütün dünya mətbəxində istifadə olunur.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, buna səbəb isə dəfnə yarpağının tərkibində ətirli efir yağlarının olmasıdır.
* Dəfnə yarpağının tərkibində orqanizm üçün vacib sayılan dəmir, selen, marqanes, sink var.
* Dəfnə yarpağıın tərkibində A, B, PP, C vitaminləri var.
* Dəfnə yarpağı güclü antiseptikdir.
* Dəfnə yarpağının ən yaxşı müalicəvi xüsusiyyəti onun xərçəng hüceyrələrinə qarşı mübarizə apara bilməsidir.
* Dəfnə yarpağı dəmləməsi orqanizmdən şlakların xaric olunmasına səbəb olur.
* Dəfnə yarpağı həzmi sürətləndirir.
* Dəfnə yarpağı dəmləmsinin göbələk əleyhinə təsiri çox böyükdür.
* Dəfnə yarpağı dəmləməsi iştah açır.
* Dəfnə yarpağının iyindən tarakanların xoşu gəlmir. Bu görə də evlərin hər küçünə təzə dəfnə yarpağı qoyduqda o evə tarakanlar yığılmır.
* Dəfnə yarpağı dəmləməsinin sidikqovucu təsiri var.
* Dəmləməsi yuxugətirici təsir göstərir.
* Yer kürəsində kulinariyada ən çox istifadə edilən məhsuldur.
* Qanda şəkərin miqdarımnı aşağı salmaq qabiliyyəti vardır.
* Qulağın iltihabı zamanı 5 ədəd dəfnə yarpağı 1 stəkan suda qaynadılır, 2 saat sonra qulağa tökülür. Dəfnə yarpağı dəmləməsi gündə 3-4 dəfə olmaqla hər qulağa 3 damcı tökülür.Müalicə dövründə gündə 3-5 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
* Haymorit xəstəliyi zamanı çoxlu miqdarda dəfnə yarpağı suya tökülür və ağzı qapalı qazanda çoxlu qaynadılır. Sonra qazan odun üstündən götürülür və qazanın buxarı burun vasitəsilə daxilə çəkilir. Prosedur zamanı xəstə başını adyalla örtməli və həmin gün evdən çıxmamalıdır.
Dəfnə yarpağı dəmləməsindən hamiləlik dövrü və uşaqəmizdirmə zamanı istifadə etmək olmaz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.