Cəmiyyət

Məadın 3 mərhələsi

20 May 2017 23:45
1 Şərh     Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məadın 3 mühüm mərhələsi vardır. Məadın ilk başlanğıc mərhələsi - ölümdür. Bərzəx aləmi - ölümdən sonrakı mərhələdir. Sonrakı mərhələ isə Qiyamətdir. Qiyamətin sonunda isə bəziləri behiştə və bəziləri də cəhənnəmə gedəcəkdir. Bərzəx və Qiyamət - məadın ən mühüm məshələsidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, məad ölümlə başlayar. İnsan ölən zaman onun Qiyaməti başlayar. Bu qiyamətə kiçik qiyamət deyərlər. Bərzəx aləmindən sonra gələcək qiyamət isə böyük qiyamətdir.
Ancaq ölümdən əvvəl bəzi bəhslər vardır ki, Qiyamətə aid edilir. İnsan ölənə qədər elə bu dünyada Qiyamətlə rabitədə olar. Qiyamət və axirət - bu dünyanın başqa bir simasıdır. Yəni, həyatın iki fəsli vardır. Bir fəsli dünyadır, o biri fəsli isə axirətdir. Bir siması dünyadır ki, ona yaxındır. O biri siması axirətdir ki, sonradan gələcəkdir. Ona görə də demək olmaz ki, bura qədəri dünya, bundan sonrası axirətdir. Onları bir-birindən ayırmaq olmaz. Elə bu səbəbədir ki, bizim gündəlik işlərimizin bir çoxu axirət həyatımıza, ölümümüzə, sağlamlığımıza, ruzimizə, ruzinin çox və ya az olmasına təsir qoyar.
Bəzən bir günah insanın ölümünü qabağa atar. Bəzən də bir ehsan ölümü uzaqlaşdırar. Bir günah insanın xəstələnməsinə səbəb olar, yaxud onun ruzi çətinliyi çəkməsinə gətirib çıxardar.
Ölümlə məad başlayar, ancaq bu, o demək deyildir ki, bu dünyada məadın izləri yoxdur. Bu ikisi bir-biri ilə rabitədədir.
İmam Sadiq (ə) buyurur: "O kəslər ki, günaha görə öldürülər və ya ölərlər - ən çox o insanlardır ki, əcəlləri çatıb, gərək ölsünlər. O kəslər ki, ehsanlarından bəhrə apararlar və ömür sürərlər - ən çox o insanlardır ki, öz təbii ömürlərindən istifadə edərlər".
Beləliklə deyə bilərik ki, məadın üç mərhələsi vardır: ölüm, bərzəx və Qiyamət. Hər bir insanın kiçik qiyaməti ölən zaman başlayar. Bu mərhələlər bir-birindən ayrı deyildir, bir-biri ilə rabitədədirlər. İnsanlar elə bu dünyada bərzəx və Qiyamətlə rabitədədirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.