Cəmiyyət

Qəbr əzabını yüngülləşdirmək üçün nə etmək olar?

20 May 2017 08:55
4 Şərh     Baxış: 1 312

Dəfn gecəsi mələklərin sorğu-sualını və qəbr əzabını yüngülləşdirmək üçün mərhumun yaxınlarının vəhşət namazı adlı iki rükətli müstəhəb namaz qılmaları tövsiyə edilir. Həmçinin, adətə görə, dəfndən sonra qəbrin üzərinə su tökürlər. Suyu qəbrin baş tərəfindən tökərək ayaq tərəfinə gəlir və dövrə üzrə yenə baş tərəfinə qayıdırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, suyun artıq qalanını isə qəbrin ortasına tökürlər. İmam Cəfər Sadiq (ə) buyurub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər (bundan sonra da risalədə yazılan duanı oxuyurlar).

Dəfn gecəsi ölünün ruhuna rəhmət demək, dualar oxumaq, Quran tilavət edib savabını ona hədiyyə etmək, sədəqə vermək faydalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 20 May 09:0061

    Onda men xahis edecem olende 40 gun her seher getirib sulasinlar qebrimi hecccc olmasa 40 gun ezab cekmeyim, orda qebr ezabi deyende canima velvele dusur, ozude deyirler gunahi cox olan qebiri qaranliq zulmet ruhu da kor kimi olur aman Allah Allah gunahlarimizi baqislasin.

    Cavab yaz
  • Anonim
    Elxan · 20 May 10:5701

    Avara və cəfəng söhbətlərdi!!!!!! Çalışın xeyirxah əməllərlə yadda qalın,həyatınızı ləyaqətlə yaşayın ki,övladlarınız sizinlə fəxr etsin,alnı açıq üzü ağ olsunlar.Amma qəbirə su tök filan,bu cəhalətin gic uydurmasıdır.

    Cavab yaz
  • Anonim
    bakili · 20 May 12:4411

    Esra xanim deyesen bu heyatda cox gunah iwletmisiniz ona gorede bele cox qorxursuz qebir ezabindan

    Cavab yaz
    • Anonim
      .. · 20 May 13:0831

      Vehwet namazi mutleq qilinmalidir.Sehv etmiremse kiwilere vacibdir.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.