Cəmiyyət

Yenilik iyulun 1-dək pensiyaya çıxanlara şamil olunmayacaq - Nazir - VİDEO

16 May 2017 21:14
1 Şərh     Baxış: 2 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda işsizlərə müavinətin verilməsi üçün hazırlanan qanun layihəsi mayın 22-də Milli Məclisin plenar iclasında səsverməyə çıxarılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu jurnlistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, işsizlərə müavinətlərin verilməsi üçün siğorta fondu ayrıca, öz vəsaitlərinə malik sistem halında fəaliyyət göstərəcək.
Nazir yeni əmək pensiyası qanunvericiliyi ilə bağlı da danışıb və deyib ki, yenilik iyulun 1-dək pensiyaya çıxanlara şamil olunmayacaq.
Nazir "ASAN imza"ların alınmasında da heç bir problemin olmadığını və növbəti rübdən etibarən sosial ödənişlər üzrə hesabatların yalnız "ASAN imza" ilə həyata keçiriləcəyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Yenilik iyulun 1-dək pensiyaya çıxanlara şamil olunmayacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.