Cəmiyyət

Müştərilərə endirim təklif edən sığorta şirkətləri cəzalandırılacaq - VİDEO

16 May 2017 21:11
0 Şərh     Baxış: 1 177

İcbari sığorta müqavilələri rəsmiləşdirilərkən bəzi sığorta şirkətləri müştərilərə endirim təklif edirlər. İcbari Sığorta Bürosu belə şirkətlərə xəbərdarlıq edib. Belə ki, İcbari Sığortalar haqqında qanun müştəriyə hansısa endirimləri, hədiyyələri qadağan edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, çünki endirimlər sığorta şirkətinin büdcəsini formalaşdıran vəsaitlərin düzgün bölüşdürülməməsi hesabına tətbiq edilir. Qanunvericiliyə əsasən şirkət icbari sığorta satışından daxil olan sığorta haqlarının 35 faizi saxlanma xərcləri və komisyon muzdlara sərf edilir. Geridə qalan 65 faiz isə ehtiyat fond hesab edilir ki, dəymiş ziyan məhz bu fondun vəsaitləri hesabına ödənilir.
Avtomobilin mühərrikinin həcminə uyğun olaraq 100 manatlıq sığorta müqaviləsi endirim hesabına 80 manata rəsmiləşdirilirsə, deməli ehtiyat fondda 65 manat deyil, 45 manat yığılır. Əgər yüzlərlə sürücüyə endirim edilərsə, onda külli miqdarda vəsait ehtiyat fondda kəsir kimi olacaq. Təbii ki, sığorta şirkətlərinin həmin pulu öz ciblərindən ödəyəcəkləri inandırıcı deyil.
İcbari Sığortalar Bürosunun icraçı direktoru Fariz Əzizov deyir ki, endirimlər tətbiq edən şirkətlərə qarşı sərt tədbirlər görüləcək.
Bəzi agentlər müqavilə bağlanarkən məlumat sisteminə müştərinin sığortalamaq istədiyi avtonəqliyyat vasitəsinin deyil, eyni markadan olan daha aşağı mühərrikli maşının məlumatlarını daxil edir və nəticədə daha kiçik sığorta haqqı formalaşır. Məlumatların sistemə daxil edilməsi vətəndaşın iştirakı ilə baş vermədiyindən, sığorta agenti bu məbləği məhz endirimli məbləğ kimi qələmə verir. Ona görə də elektron icbari sığorta müqaviləsi bağladıqdan sonra sistemə daxil edilən məlumatların doğruluğundan əmin olmaq üçün müqaviləyə dair çıxarışı tələb etmək lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Müştərilərə endirim təklif edən sığorta şirkətləri cəzalandırılacaq

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.