Cəmiyyət

Gəncədə reyd: Gərgin anlar yaşandı - VİDEO - FOTO

16 May 2017 19:54
2 Şərh     Baxış: 2 795

Gəncədə qanunsuz taksi fəaliyyəti göstərənlərə qarşı reyd keçirilib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, məqsəd taksi sürücülərinin qanun çərçivəsində fəaliyyət göstərməsinə nail olmaqdır. Sürücülər min bir bəhanə ilə məsuliyyətdən yayınmağa çalışıblar.

Bəzi sürücülər maşının üzərindəki "taxi" nişanını götürməklə reyddən yayınmağa çalışıblar. Amma təbii ki, hava şəraitilə bağlı nişanın altında yaranmış iz belələrini müəyyən etməyə imkan verib.

DYP-nin Gəncə şöbəsinin əməkdaşlarının da iştirak etdiyi yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edilib. Bir neçə nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.

Oqtay Məmmədov - Avtomobillə Sərnişindaşıma İdarəsinin şöbə rəisi: "Bu reydlər mütəmadi davam edəcək. 15 qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüsünə inzibati qaydada cərimələr tətbiq olundu. 30-a yaxın sürücünü isə fərqlənmə nişanı almağa cəlb etdik. Buradan səslənirəm - fərqlənmə nişanı alaraq taksi fəaliyyəti ilə məşğul olsunlar, bir də taksi duracaqları nişanları olan yerlərdə dayansınlar".

Avtomobillə Sərnişindaşıma İdarəsinin məlumatına görə, hazırda Gəncədə 600-dən çox sürücü taksi kimi fəaliyyət göstərir ki, bunlardan da son bir ayda yalnız 100 nəfəri fərqlənmə nişanı alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Ilham · 16 May 20:1330

    O,yaziqlar ne qazanirki,yapisirlar taksilerden!Evine coreyi zornan aparirlar.Pul yeyilen yerleri reyd niye etmirlerki,!ozlerinnen baslama!

    Cavab yaz
  • Anonim
    anonim · 16 May 23:3310

    elə düşmüsünüz bu taksi sürücülərinin üstünə day demirsiz ki bunlar işlədiylərini benzinə versinlər ailə uşaq saxlasınlar siqarete versinlər yoxsa lusum keçirsinlər bunlar nə qazanır ki nə versinlər sizlərə boğazına zornan çörək tapır hamı eh toxun ajdan nə xəbəri

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.