Cəmiyyət

Depilyasiyadan sonra dəriyə necə qulluq etmək lazımdır?

18 May 2017 23:25
0 Şərh     Baxış: 862

Depilyasiya dəriyə travmatik təssir göstərir. Depilyasiya zamanı dəridə ağrı , qıcıqlanma, bəzən isə iltihabi proseslər və piqment ləkələri meydana gələ bilir. Bunların baş verməməsi üçün isə depilyasiyadan sonra dəriyə mütləq qulluq eləmək lazımdır. Depilyasiyadan sonra xoşagəlməz hallarla rastlaşmamaq üçün aşağıdakı qaydalara mütləq əməl eləmək lazımdır.
Dezinfeksiya etmək
Milli.Az immunitet.az-a istinadən bildirir ki, depilyasiyadan sonra dezinfeksiya eləmək tük köklərinə bakteriyaların düşməsinin qarşısını alır. Bunun üçün xüsusi dezinfeksiyaedici losyonlardan istifadə eləmək lazımdır. Əgər losyonunuz yoxdursa, o zaman spirtli pambıqla və ya furasillinlə isladılmış pambıqla dərinizi silə bilərsiniz.
Sakitləşdirmək
Depilyasiyadan sonra dəriyə sakitlik vermək lazımdır. Bu məqsədlə sarıkökü suda həll edib zeytun yağı ilə qarışdıraraq dərinizə sürtə bilərsiniz. Sakitləşdirici maskanı hazırlamaq üçün az miqdarda suya sarıkök qatılıb krem halına gətirilir və üzərinə zeytun yağı əlavə edilir. Bu zaman dəri sakitləşir və qıcıqlanma əlamətləri meydana çıxmır.
Qulluq etmək
Depilyasiyadan sonra dəriyə mütləq qulluq etmək lazımdır. Bu məqsədlə yumşaldıcı krem sürtmək lazımdır. Krem vasitəsi kimi duşdan sonra istifadə etdiyiniz kremdən istifadə edə bilərsiniz.
Qidalandırmaq
Depilyasiya edilmiş nahiyəyə hər axşam qidalandırıcı krem sürtmək lazımdır. Bunun üçün aşağıdakı bitki yağlarının qarışımından istifadə edə bilərsiniz.
* 2 damcı lavanda yağı
* 1 damcı çay ağacı yağı
Qorumaq
Depilyasiya edilən dərini sutka ərzində qıcıqlandırmaq olmaz. Belə ki, depilyasiyadan sonra sutka ərzində dərini düz düşən günəş şüalarından qorumaq lazımdır. Bu dəridə piqment ləkələrinin əmələ gəlməsinə səbəb ola bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.