Cəmiyyət

Xalq təbabəti vasitələri ilə immuniteti necə yüksəltmək olar?

18 May 2017 23:35
3 Şərh     Baxış: 1 653

Exinaseya və bal
İmmun sistemin aşağı olması orqanizmdə infeksion xəstəliklərin orqnizmdə baş qalıdrırmasına səbəb olur. Bunların baş verməməsi üçün isə orqanizmin immun sisstemini yüksəltmək lazımdır.

Bəzi xalq təbabəti vasitələri vardır ki, onların orqanizmə təsiri heç də dərmanların təsirindən geri qalmır. Amma, xalq təbabəti vasitələrindən istifadə edərkən diqqətli olmaq lazımdır. Çünki, dərmanlar kimi bitki dəmləmələrini də orqanizmə əks təsir göstərə bilir.  Bütün xəstəliklərin meydana çıxması orqanizmin immun sistemi aşağı düşdükdə baş verir. Buna görə də xəstəliklərin baş veməməsi üçün ilk növbədə immun sistemi möhkəmləndirmək lazımdır.  İmmun sistemi möhkəmləndirmək üçün çoxlu dərman preparatları vardır. Amma, istəsəniz ev şəraitində də müxtəlif vasitələrlə immunitetinizi yüksəldə bilərsiniz. Sizlərə immuniteti yüksəldən ən yaxşı 2 təbii vasitə təqdim edirik.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, exinaseya insanın immunitetini yüksəldən bitkidir. Bu bitkinin dəmləməsi çox sadədir. Dəmləmə bitkinin çiçəyindən və yarpaqlarından hazırlanır. Exineseyanın həm təzəsindən, həm də qurusundan istifadə edilir. Dəmləndikdən sonra isə 10 gün ərzində gündə 3 dəfə içilir. Beş gün fasilə verdikdən sonra müalicə yenidən 10 gün davam etdirilir.
Bal insanın immunitetini artıran təbii qida sayılır. Bal immuniteti möhkəmləndirir və orqanizmin xəstəlklərə qarşı olan davamlılığını artırır. Baldan istədiyiniz zaman və istədiyiniz qədər istifadə edə bilərsiniz. Balın orqanizmə möhkəmləndirici təsirini artıqmaq üçün isə 750 qram təbii bala 100 qram təzə ağcaqayın çiçəkləri əlavə edərək 7 dəqiqə qaynatmaq və sonra qəbul etmək lazımdır. Bu qarışımı bir stəkan suya 1 xörək qaşığı olmaqla gündə 1 dəfə içmək lazımdır. Bu qarışımı il boyu qəbul etmək mümkündür.

İmmuniteti artırmaq üçün müxtəlif vitaminli çaylardan da istifadə etmək mümkündür. Bu çaylardan istədiyiniz qədər içə və immunitetinizi möhkəmləndirə bilərsiniz. Bu çaylara çiyələk, moruq və ya moruq yarpaqları, qara yemişan çayı, itburnu çayı və s. daxildir. Bu çayların dəmlənməsi çox sadədir və onları il boyu qəbul etmək mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    . · 19 May 08:5300

    Bawligiqda cox sehv var

    Cavab yaz
    • Anonim
      . · 19 May 13:1000

      Ele öz yazdigimada güldum)) tebabet sözüne duzeliw elediz amma immunitet qaldi)

      Cavab yaz
  • Anonim
    . · 19 May 13:3400

    Hee wükür. indi oldu ela))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.