Cəmiyyət

Parkinson xəstəliyi zamanı xalq təbabəti

18 May 2017 21:50
1 Şərh     Baxış: 5 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ev şəraitində Parkinson xəstəliyinin əlamətlərini aradan necə qaldırmaq olar?

Parkinson xəstəliyinin diaqnozu və kəşfi İngilis alimi C. Parkinsonun adı ilə bağlıdır. Bu xəstəlik özünü əllərdə və bədənin digər orqanlarında ritmik titrətmələrlə biruzə verir. Ritmik titrətmələr özünü xəstənin üz mimikalarında da göstərir. Parkinson xəstəliyi zamanı əsmə müvəqqəti və ya daimi olaraq meydana çıxa bilir. Parkinson xəstələri daima öz həkimlərinin nəzarəti altında olur və müalicə götürürlər. Bəzi xalq təbabəti vasitələri vardır ki, onlar Parkinson xəstəliyinin əlamətlərini azaldır və müalicəyə yardım edir.
1. Hər səhər və 1 ay davamlı olaraq 1 stəkan cökə çayı içmək Parkinson xəstəliyinin əlamətlərini azaldır. Buna səbəb çayın tərkibindəki fitohormonların olmasıdır.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, fitohormonlar orqanizmə möhkəmləndirici və cavanlaşdırıcı təsir göstərir. Çökə çayı qadın cinsi orqanlarının şiş xəstəlikləri zamanı da çox faydalıdır.
2. Parkinson xəstəliyinin əlamətlərini azaltmaq üçün hər gün yulaf həlimi yemək məsləhətdir. Yulaf həlimini hazırlamaq üçün bir stəkan yulafın üstünə distillə ediulmiş 1 lit su tökülür. Su otaq tempraturunda olmalıdır. Sonra qarışım zəif odun üstündə 30 dəqiqə bişirilir və 12 saat kənarda saxlanılır. Qarışımdan gündə 3 dəfə yeməkdən əvvəl 100 ml qəbul edilir. Bir ay qəbul etdikdn sonra bir-neçə gün fasilə verib yenidən qəbul etməyə başlanır. Müalicə il boyu davam etdirilir.
3. Parkinson xəstəliyinin əlamətlərini azatmaq üçün sarımsağın da rolu böyükdür. Bunun üçün sarımsağın qabığı soyulur, əzilir və quru bankaya yığılır. Sarımsaqların üstünə rafinə olumamış günəbaxan yağı tökülür və bankanın qapağı kip bağlanır. 4 saatdan bir banka çalxalanaraq qarışdırılır. Banka qaranlıq və sərin yerdə 1 ay saxlanılır. Bir neçə gündən sonra bankaya 1 limonun şirəsi sıxılır. 3 ay boyu bu yağdan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı içilir.
4. Üç ay boyunca gündə 3-4 stəkan kəklikotu çayı içmək Parkinson xəstəliyinin əlamətlərini azaldır.
Parkinson xəstəliyi zamanı xalq təbabəti vasitələrindən uzun müddət, hətta bəzən il boyu istifadə etmək lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.